/ / Uşaqları hədəfə alan və onları hərbi əməliyyatlara cəlb edən Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayət məsuliyyəti daşıyır
Uşaqları hədəfə alan və onları hərbi əməliyyatlara cəlb edən Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayət məsuliyyəti daşıyır
29.10.2020 [08:39]
Beynəlxalq ictimaiyyət müharibə cinayətlərini davam etdirən işğalçı ölkəyə qarşı adekvat tədbirlər görməlidir
Məlum olduğu kimi, Azərbaycanın yeni torpaqlarını işğal etmək kimi məkrli məqsəd güdən, lakin bütün cəbhəboyu məğlubiyyətə uğrayan təcavüzkar Ermənistanın silahlı qüvvələri acınacaqlı vəziyyətə düşüb. Onun nəticəsidir ki, Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyi çıxış yolunu növbəti müharibə cinayətləri törətməkdə görür. Belə ki, döyüş meydanında məğlub olan Ermənistan qadağan olunmuş silahlardan, həmçinin ballistik raketlərdən istifadə edərək Azərbaycanın dinc sakinlərini hədəf alır, uşaq və qadınları qətlə yetirir. Eyni zamanda, canlı qüvvə sarıdan əziyyət çəkən işğalçı dövlət erməni uşaqlarını döyüşlərə cəlb edir.
Uşaqları hərbi əməliyyatlara cəlb edən təcavüzkar dövlət beynəlxalq hüquq normalarını kobudcasına pozur
Sözsüz ki, Ermənistanın terrorçu hakimiyyətinin bir tərəfdən Gəncə şəhərində, Tərtər, Bərdə və digər rayonlarda uşaqları qətlə yetirməsi, digər tərəfdən öz uşaqlarına əsgər forması geyindirib cəbhəyə göndərməsi müharibə cinayətləridir. Son günlər sosial mediada yer alan videogörüntülər də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini sübut edir. Bütün bunlar onu göstərir ki, Ermənistanın aciz hərbi-siyasi rəhbərliyi ölkənin qadınları, qoca sakinləri ilə yanaşı, artıq yeniyetmələri və uşaqları da Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda iştiraka sövq edir. Qeyd edək ki, beynəlxalq hüquq uşaqların aktiv döyüşlərə cəlb edilməsini qadağan edir. Belə ki, bu kimi əməllər Ermənistanın uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris Konvensiyasının prinsip və normalarını pozmasının növbəti əyani göstəricisidir.
Yeri gəlmişkən, uşaq qatili rolunda çıxış edən Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizm əməlləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) müvafiq bəyanatla çıxış ediblər. Bu günlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq açıqlamasında da vurğulanır ki, Ermənistan hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyasının və I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini verən müvafiq müddəalarını pozur. Həmçinin Ermənistanın sözügedən əməlləri BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakültativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır.
İşğalçı dövlət hüquq müstəvisində cəzalandırılmalıdır
Bir məqamı da xüsusi olaraq vurğulamaq gərəkdir ki, uşaqları döyüşçü kimi istifadə edən Ermənistan, əslində, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qorunmaq hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər. Digər tərəfdən, Ermənistan məktəblərimizi hədəf almaqla yanaşı, işğal edilmiş ərazilərdəki məktəb və uşaq baxçalarının binalarını hərbi məqsədlər üçün istifadə etməkdən belə çəkinmir.
Göründüyü kimi, işğalçı Ermənistan tərəfindən beynəlxalq konvensiyalara, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq öhdəliklərinə məhəl qoyulmur. Azərbaycan dövlətinin və ictimaiyyətinin tələbi də odur ki, Ermənistan tərəfindən uşaq hüquqlarının pozulmasının dayandırılması üçün müvafiq beynəlxalq təşkilatlar lazımı tədbirlər görməlidir. Çünki heç kimə sirr deyil ki, uşaqları hədəfə alan və onları hərbi əməliyyatlara cəlb edən Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayət məsuliyyəti daşıyır.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

