/ / Ramil Həsən: Azərbaycanın müzəffər ordusu işğalçı Ermənistanın bütün silahlı qüvvələrini torpaqlarımızdan qovub çıxaracaq
Ramil Həsən: Azərbaycanın müzəffər ordusu işğalçı Ermənistanın bütün silahlı qüvvələrini torpaqlarımızdan qovub çıxaracaq
30.10.2020 [08:57]
“Azərbaycan bu gün həm diplomatiya sahəsinə, həm də cəbhədə hücum taktikasından müvəffəqiyyətlə istifadə edərək böyük uğurlar əldə edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, 28 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu heç bir nəticəyə nail olmayıb, əksinə bu illər ərzində Azərbaycan xalqının səbrini tükəndirib. ATƏT-in Minsk qrupunun təklif etdiyi sülh planında yer alan və Azərbaycanın işğal etdiyi ərazilərin qeyd-şərtsiz azad olunmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini hazırda Azərbaycan Ordusu həyata keçirir”.
Bunu Milli Məclisin deputatı Ramil Həsən deyib.
R.Həsənin sözlərinə görə, hər vəchlə atəşkəs üçün vasitəçi dövlətlərə yalvaran Ermənistan hər gün işğal edilmiş ərazilərimizdə əsgərlərimizə qarşı istifadə etmək üçün silah daşıyır: “Ona görə də hər dəfə guya humanitar atəşkəsin elan olunmasında maraqlı olduğunu göstərməyə çalışan Ermənistan yaranmış vəziyyətdən öz qüvvələrini cəmləşdirmək və işğalçı ordusunu yeni silahlarla təmin etmək üçün istifadə etmək niyyətindədir. Digər tərəfdən, Ermənistan növbəti atəşkəs rejimini kobud şəkildə pozduğu halda Azərbaycan tərəfini günahlandırmaq cəhdlərindən də əl çəkmir”.
Deputat deyib ki, Prezident İlham Əliyevin sentyabrın 27-dən bu günə qədər keçən 1 ay müddətində dünyanın nüfuzlu və aparıcı KİV-lərinə verdiyi müsahibələrində səsləndirdiyi fikirlər bilavasitə Ermənistanın indiyə qədər apardığı saxta təbliğatın ifşasında mühüm rol oynayıb: “Bu gün dünyanın bütün aparıcı media orqanları Azərbaycan Prezidentinin fikirlərinə yer ayırır, Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır. Ümumiyyətlə, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmasına səbəb olub. Döyüş meydanında diz çökdürülən düşmən informasiya müharibəsində də məğlub duruma düşüb”.
“Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşib. Siyasi mənsubiyyətindən və statusundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir kəs Vətən müharibəsinə dəstək verir. Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylik öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda xalqımızın apardığı mübarizədə qələbə qazanmasını təmin edir. Belə ki, sentyabrın 27-dən etibarən erməni tərəfinin növbəti hərbi təxribatlarına cavab olaraq başlanılan əks-hücum əməliyyatları qısa zamanda kəndlərimizin, şəhərlərimizin, qəsəbələrimizin azad edilməsinə yol açıb. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı döyüş əməliyyatlarında əldə edilən uğurlar göstərir ki, Azərbaycanın müzəffər ordusu işğalçı Ermənistanın bütün silahlı qüvvələrini torpaqlarımızdan qovub çıxaracaq. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”, - deyə R.Həsən vurğulayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46

