/ / Anar Eyvazov: Azərbaycan Ordusunun qarşısında bir hədəf var: işğal altında qalan bütün torpaqlarımızın azad olunması
Anar Eyvazov: Azərbaycan Ordusunun qarşısında bir hədəf var: işğal altında qalan bütün torpaqlarımızın azad olunması
30.10.2020 [09:05]
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımızda dinc əhalini və mülki infrastrukturu atəşə tutan düşmən bölmələrini Azərbaycan Ordusu cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə darmadağın edib. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək qaçmağa və geriyə çəkilməyə məcbur edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 29-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, ümumilikdə düşmənin ordu korpusunun və diviziyasının yüksək rütbəli zabitləri daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif artilleriya qurğusu, 6 ədəd avtomobil texnikası və bir neçə dayaq məntəqəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus iki “Su-25” tipli hücum təyyarəsi hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Ermənistan ordusu Bərdə, Goranboy və Tərtər rayonlarında yaşayış məntəqələrimizi və mülki infrastrukturlarımızı raket və artilleriya silahları ilə atəşə tutmaqla növbəti müharibə cinayətlərinə əl atıb.
Özbaşınalığın hökm sürdüyü Ermənistan ordusunda könüllülər və nizami bölmələrinin şəxsi heyəti arasında açıq qarşıdurmalar, tabesizlik, bir-birilərinə qarşı silah tətbiq etmə, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik halları baş alıb gedir. Təşviş və xaos bürümüş ordusunun uğursuzluğunu gizlətmək məqsədilə feyk foto və videomaterialların, saxta məlumatların da faydasız olduğunu görən Ermənistan rəhbərliyi düşdükləri ağır vəziyyətlə barışmağa məcbur edilir.
“Beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəfə almaqla Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirir. Azərbaycan Ordusunun qarşısında bir hədəf var: mülki insanlara ziyan vurmadan, yalnız legitim hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında qalan bütün torpaqlarımızın azad olunması. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

