Xarici investisiya qoyuluşları 2010-cu ildə də davamlı xarakter alacaq
03.04.2010 [10:56]
2010-cu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına xarici sərmayəçilər tərəfindən 70 milyon dollara yaxın investisiya qoyulub. Sərmayələr daha çox sənaye sektoruna yönəldilib. Bundan başqa, qeyri-neft sektorunun əsas bölmələrindən olan informasiya-kommunikasiya texnologiyaları, həmçinin, tikinti və nəqliyyat bölmələri investisiya qoyuluşlarında mühüm yer tutur. Proqnozlara görə, bu il ötən illə müqayisədə həm xarici, həm də daxili investisiya qoyuluşlarının həcmi artacaq. Xatırladaq ki, 2009-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 358,7 milyon manat investisiya yönəldilib. Həmin vəsaitin 79,9 faizini (5 milyard 881 milyon manat) daxili, 20,1 faizini isə (1 milyard 477,3 milyon manat) xarici investisiyalar təşkil edib.
İnvestisiyaların təxminən 5,4 milyon manatı (73 faizi) qeyri-neft sektorunun, 1,9 milyon manatı (27 faizi) isə neft sektorunun inkişafına yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ildə yönəldilmiş 1 milyard 477,3 milyon manat həcmində xarici investisiyaların təxminən 90 faizi, yəni 1 milyard 290 milyon manatı Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, çexiya və Türkiyə investorlarının payına düşüb. Həmin dövlətlər içərisində Böyük Britaniya sərmayəçiləri xüsusilə fərqlənir. Bu ölkə xarici sərmayələrdə 50 faizə yaxın paya malikdir. İngilislər ötən il Azərbaycan iqtisadiyyatına 730 milyon manata yaxın kapital yönəldiblər. Amerika investorları isə 217 milyon manata yaxın sərmayə qoymaqla ikinci yerdə qərarlaşıblar.
Xarici sərmayəçilərlə yanaşı, dünyanın nüfuzlu maliyyə qurumlarının da Azərbaycan iqtisadiyyatına marağı artıb və bu, kapital qoyuluşlarının intensivləşməsində özünü göstərməkdədir. ötən il Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə institutları arasında ümumi dəyəri 895 milyon dollardan artıq olan 7 kredit sazişi imzalanıb. Onların sırasında Dünya Bankı (DB) aparıcı yer tutur. DB ötən il respublikamızda 100 milyon manatdan artıq kreditləşməni həyata keçirib. Asiya İnkişaf Bankı, Küveyt Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə qurumları da ölkəmizlə sıx əməkdaşlıq edərək birgə layihələrin maliyyələşdirilməsində intensivliyi artırıblar. Məsələn, DB-nin ölkəmizlə bağlı kredit siyasətinin 2010-cu il üzrə başlıca istiqamətləri magistral yolların və nəqliyyat infrastrukturunun yenidən qurulması, enerji sisteminin modernləşdirilməsi, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, kənd investisiyalarının təmin olunması, suvarma-paylayıcı sistemi və idarə edilməsinin təkmilləşdirilməsi, maliyyə xidmətlərinin inkişafı, korporativ idarəetmənin dərinləşdirilməsi ilə bağlı layihələri əhatə edir. Bank, bundan başqa, təhsil sektorunun inkişafı, pensiya və sosial təminat sistemində islahatlara dəstək, sosial müdafiənin gücləndirilməsi, səhiyyə sektorunda islahatların davam etdirilməsi və digər layihələrə kredit ayırmaq niyyətindədir.
Qeyd olunan maliyyə institutları 2010-cu ildə sənaye, nəqliyyat, rabitə, tikinti, energetika, yol təsərrüfatı, su təchizatı, kommunal sektor, kiçik və orta sahibkarlıq bölmələrində layihələrin maliyyələşdirilməsində yaxından iştirak etmək niyyətindədirlər. Artıq bəzi layihələrlə bağlı razılıq əldə olunub və yaxın vaxtlarda anlaşma sənədlərinin imzalanması nəzərdə tutulur.
İnvestisiya qoyuluşlarının davamlı xarakter daşıması Azərbaycanda sərmayə mühitinin cəlbediciliyinin mühüm göstəricisi kimi dəyərləndirilə bilər. Azərbaycan hökumətinin xarici sərmayəçilərə yaratdığı münbit şərait onların bir çox layihələrə marağının artmasına səbəb olur və ən iri layihələr də respublikamızda reallaşdırılır. İnvestisiya qoyuluşlarının artması isə ölkə iqtisadiyyatında pozitivliyi artırmaqla yanaşı, yeni müəssisələrin yaranmasına, iş yerlərinin açılmasına imkan yaratmış olur. Bu isə, 2010-cu və növbəti illərdə ölkəmizdə məşğulluğun səviyyəsinin yüksəlməsinə mühüm töhfə vermiş olacaq. Eyni zamanda, sərmayə axınları ölkəmizdə güclü infrastruktur layihələrinin icrasına, yeni yolların və körpülərin tikintisinə, elektrik stansiyalarının və mühüm sosial obyektlərin yaradılmasına və digər sahələrin inkişafına təkan verəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

