İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib
03.04.2010 [11:02]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, məhz Kəlbəcərin işğalından sonra ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnamədə Ermənistandan işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etmək tələb olunur. “Amma indiyədək bu qətnamənin icrasına əməl edilməyib. Mən inanıram ki, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və bu il Kəlbəcərin işğalının son anma ili olacaq” - deyə, spiker vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib. Ombudsman Elmira Süleymanova tərəfindən təqdim olunan məruzədə ölkəmizdə 2009-cu ildə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qiymətləndirilməsi, insan hüquqları ilə bağlı vacib problemlərin vəziyyətinin təhlil edilməsi, pozulmuş insan hüquqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması üzrə müvəkkil tərəfindən aparılmış işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib. E.Süleymanova deyib ki, ötən il müvəkkilin ünvanına 8800 müraciət daxil olub. Bu müraciətlərdən 7365-i şikayətdir. Şikayətlərin 982-si məhkəmə, 415-i prokurorluq, 1239-u polis, 688-i yerli icra hakimiyyəti orqanları, 441-i məhkəmə qərarlarının icra edilməməsi, 205-i isə bələdiyyələrlə bağlı olub.
Ombudsman beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində də işlərin görüldüyünü deyib. O, həmçinin, 20 Yanvar və Xocalı faciələri, 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə ələqadar dünya ictimaiyyətinə müraciət etdiyini də bildirib.
Müvəkkilin məruzəsində yerlərdəki bəzi məmurların diqqətsizliyi nəticəsində süründürməçiliklə, biganəliklə üzləşən insanların mərkəzi orqanlara müraciət etmək məcburiyyətində qaldıqları qeyd olunub, belə halların insanların istər fiziki, istərsə də maddi cəhətdən çətinliklərlə üzləşməsinə, narahatlıq və narazılığına səbəb olduğu bildirilib: “Şikayətlərin təhlili onu deməyə əsas verir ki, vətəndaşların müraciət etmək hüququnun təmin edilməsində əsas maneə sayılan bir sıra bürokratik əngəllər qalmaqdadır və bəzi məmurlar şəxsi mənafelərini hələ də insanların qanuni mənafelərindən və ehtiyaclarından üstün tuturlar. ümumiyyətlə, şikayətlərin artmasına səbəb və narahatlıq yaradan hallardan biri də məhz əhalinin qayğı və çətinliklərinə diqqət verməyən, onların problemlərini həll etmək iqtidarında olmayan, ən müxtəlif məsələlərlə yerli qurumlara üz tutan vətəndaşlara münasibətdə laqeydlik göstərən məmurların yarıtmaz fəaliyyəti olub”.
E.Süleymanova, həmçinin, bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51060 müraciət daxil olub. Müraciətlərin 83,7 faizi şikayətlərdən, 16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarətdir: “Konstitusiya qanununun tələblərinə müvafiq olaraq, müvəkkil şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, yəni, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı gəlməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutların olmaması səbəbindən ərizələrin 48,9 faizinə baxmaqdan imtina edib. Şikayətlərin 51,1 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 44,7 faizi təmin olunub ki, bu da təxminən Avropa və postsovet məkanında mövcud olan göstəricilər səviyyəsindədir”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, ombudsmanın fəaliyyəti müvafiq Konstitusiya qanunu ilə tənzimlənir. Onun sözlərinə görə, vətəndaşların hüquq və azadlıqları Konstitusiya tərəfindən qorunur. “Azərbaycan ombudsmanı beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlər həyata keçirir. O, beynəlxalq tədbirlərdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı mərüzələrlə çıxış edir, Azərbaycanın mövqeyini dünya icimaiyyətinin diqqətinə çatdırır” - deyə, M.Qurbanlı vurğulayıb.
Millət vəkili Aydın Mirzəzadə bütövlükdə ombudsman E.Süleymanovanın 7 illik fəaliyyətini yüksək qiymətləndirib. Onun fikrincə, ombudsman bu müddət ərzində fəaliyyəti nəticəsində böyük nüfuz qazanıb.
Millət vəkili, Xalq artisti Zeynəb Xanlarova da ombudsman Elmira Süleymanovanın işini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bəzi millət vəkilləri isə ombudsmanın məruzəsində “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin zəruriliyinin qeyd edilməsinə etiraz edib. Millət vəkili İlyas İsmayılov bildirib ki, belə bir qanunun qəbul olunması Azərbaycan üçün xeyirli olmayacaq. Onun sözlərinə görə, şərəf və ləyaqət insan hüquqlarının başlıca fəlsəfəsini təşkil edir. Belə olan halda, həmin qanunun qəbul edilməsi ciddi problemlər yarada bilər.
“Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi hələ tezdir. Nəzərə almaq lazımdır ki, Avropa ölkələrinin böyük əksəriyyəti də bu qanunu qəbul etməyib. Bu təklifi irəli sürənlər birinci öz ölkələrində həmin qanunu qəbul etsinlər”. Bu sözləri isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, Azərbaycan hansısa xarici qüvvələrin poliqonu deyil. Onun sözlərinə görə, əgər məsələ çox aktualdırsa, ilk növbədə, Avropa dövlətləri bu qanunu qəbul etməlidir. İnsanların şərəf və ləyaqətinin hər şeydən üstün olduğunu deyən birinci vitse-spikerin sözlərinə görə, cəmiyyətimiz “Diffamasiya haqqında” qanunun qəbul olunmasına hazır deyil. Z.Əsgərovun fikrincə, təhqir və böhtana görə mülki məsuliyyət heç kimi qane etmir. Ona görə də, belə hallara görə Cinayət Məcəlləsindəki maddə qüvvədə qalmalıdır.
Millət vəkili Fazil Mustafa isə Azərbaycanda mətbuat ombudsmanı institutunun yaradılması ilə bağlı beş il əvvəl qanunun qəbul edildiyini qeyd edərək, tezliklə mətbuat ombudsmanın yaradılmasının vacibliyini bildirib. Millət vəkili ölkədə hərbi ombudsmanın olmasının zəruriliyini də vurğulayıb.
Müzakirələrdən sonra ombudsmanın illik məruzəsi qəbul edilib.
Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında qərar qəbul olunub.
Bundan əlavə, Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında qanun qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

