/ / Sübut Əsədov: Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəli müraciəti bütün ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilib
Sübut Əsədov: Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəli müraciəti bütün ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilib
11.11.2020 [09:45]
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəli müraciəti bütün ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilib. Ona görə ki, əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsində mühüm uğurları düşmənin təslim olmasına gətirib çıxardı. Ermənistanın məğlubiyyətini şərtləndirən isə Qarabağımızın incisi - Şuşanın işğaldan azad edilməsi oldu. Demək olar ki, Şuşanın azad edilməsi Dağlıq Qarabağın digər işğal edilmiş ərazilərinin azad olunmasına bərabər hadisədir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüşlərin getdiyi 44 gün ərzində xalqa müraciətlərində və dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində dövlətimizin şərtlərini açıq bəyan edirdi: “Azərbaycan xalqından dəstək alan şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşa şəhərlərini, eyni zamanda 300-ə qədər yaşayış məntəqəsini işğaldan azad etdi. Ordumuzun qarşısında diz çökməyə məcbur qalan düşmən Laçın, Kəlbəcər və Ağdamın qeyd-şərtsiz boşaldılmasına razı oldu. Bu, bizim qələbəmizdir. Bu qələbə Azərbaycanın həm hərbi, həm diplomatik sahədə zəfəridir. Eyni zamanda, əldə etdiyimiz zəfər nəticəsində məcburi köçkün olan vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq”.
S.Əsədov deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində söylədiyi kimi, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsində Rusiya hərbçiləri ilə yanaşı, Türkiyə hərbçilərinin də iştirakı mühüm əhəmiyyət kəsb edir: “Bununla yanaşı, Dağlıq Qarabağ ermənilərinin Ermənistanla əlaqələrinin Laçın yolu ilə təmin edilməsinin əvəzində Azərbaycanın qərb regionları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələrinin təmin olunması bəyanatda əks olunan mühüm məqamdır. Çünki son 30 ildə Naxçıvan əhalisi blokada şəraitində yaşayırdı və Azərbaycanın digər regionları ilə quru əlaqələrinin olmaması çoxsaylı çətinliklər yaradırdı. Hesab edirəm ki, Rusiya və Türkiyə müşahidəçiləri bu istiqamətdə də öz töhfələrini verəcəklər və Naxçıvan da Azərbaycanın əsas hissəsi ilə əlaqələrini bərpa edəcək”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

