Mais Səfərli: Xalqımız cənab Prezidentin rəhbərliyi ilə inamla addımladı və zəfərə nail oldu
12.11.2020 [08:58]
“Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin təkcə iqtisadi, sosial və siyasi sahələrdə deyil, müasir ordu quruculuğu sahəsində də gördüyü böyük işlər danılmazdır. Ali Baş Komandan olaraq cənab İlham Əliyevin ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər bugünkü qələbəmizi təmin edən əsas amillərdir”. Bu fikirləri Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Mais Səfərli bildirib ki, bu il sentyabrın 27-də Ermənistanın hərbi təxribat törədərək mövqelərimizi və yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutmasından sonra əks-hücum əməliyyatlarına başlayan şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşa şəhərlərini və 300-ə yaxın kəndimizi qısa müddətdə işğaldan azad etdi. Partiya sədrinin sözlərinə görə, Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri dövlətimizin başçısının diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli arqumentləri sayəsində iflasa uğradı.
M.Səfərli qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi, bütün Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir: “Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, dövlət başçısını qeyd-şərtsiz dəstəkləyib. Xalqımız cənab Prezidentin rəhbərliyi ilə inamla addımladı və zəfərə nail oldu. Vətən torpağının hər bir qarışı bizim üçün müqəddəsdir. Ermənistanın işğalından azad olunan bütün torpaqlarımıza qısa zamanda sülh və əmin-amanlıq gələcək. Dövlət başçısının dediyi “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə son verildi. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır! Əldə olunmuş razılaşmalara görə, işğalçı qüvvələr Kəlbəcər, Laçın və Ağdam rayonlarından da tezliklə çıxarılacaq. Məcburi köçkünlərimiz həm Dağlıq Qarabağa, həm də onun ətrafındakı yeddi rayona qayıdacaqlar. Bununla da, insanlarımızın torpaq həsrətinə son qoyulacaq”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

