/ / Qüdrət Həsənquliyev: Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanat ölkəmizin qələbəsidir
Qüdrət Həsənquliyev: Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanat ölkəmizin qələbəsidir
12.11.2020 [08:59]
“Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanatı ölkəmizin qələbəsi kimi qəbul edirəm”. Bu fikri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, sənəddə tərəflər kimi Azərbaycan və Ermənistan tanınır: “Ermənistan dekabrın 1-ə qədər bütün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Rusiya Federasiyasının 1960 nəfərlik sülhməramlı kontingenti Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə yerləşdiriləcək. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaq. Naxşıvan Muxtar Respublikası ilə nəqliyyat dəhlizi yaradılacaq və təhlükəsizliyə Rusiya Federasiyası cavabdeh olacaq. Razılaşmanın 7-ci maddəsinə görə, qaçqınlar Dağlıq Qarabağın ərazisinə BMT-nin Qaçqınlar üzrə Ofisinin nəzarəti altında qaytarılacaq, o cümlədən Xocalıya. Atəşkəs üzrə razılaşma ona görə imzalandı ki, erməni silahlı qüvvələri sənədin 4-cü maddəsinə əsasən, müəyyən olunmuş qrafik üzrə Azərbaycan ərazilərindən çıxarılacaq. Həmin erməni silahlı qüvvələri Dağlıq Qarabağda saxlanıla bilməz”.
Partiya sədri bildirib ki, razılaşmaya nəzarəti “atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz” həyata keçirəcək. Həmin mərkəzdə Türkiyə Silahlı Qüvvələri Rusiya ilə birlikdə təmsil olunacaq. Bunu saziş imzalanarkən Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Prezident İlham Əliyev rəsmən elan etdi. Q.Həsənquliyevin fikrincə, razılaşmanın mətnindən çıxan məntiqi nəticə odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Belə olmasaydı Ermənistan qondarma “DQR”in müstəqilliyini hətta müharibəyə qədər olan dövrdə, yaxud hərbi əməliyyatların keçirildiyi zaman tanıyardı. Hərbi əməliyyatlar zamanı Vladimir Putin də müharibənin Azərbaycanın ərazisində aparıldığını bir neçə dəfə bəyan etdi. Rusiya sülhməramlılarının olduğu dövrdə Dağlıq Qarabağın erməni sakinləri Azərbaycan pasportu ilə təmin olunacaq, milli valyutamız yeganə tədavül vasitəsi kimi tətbiq ediləcək. Dağlıq Qarabağda mövcud olmuş cinayətkar rejimin tanınmasından, yaxud müvəqqəti də olsa ona hansısa statusun verilməsindən söhbət belə getmir. Dağlıq Qarabağdakı yaşayış məntəqələrində yerli idarəetməni Azərbaycan dövləti təşkil edəcək”.
BAXCP sədri söyləyib ki, bu uğurun əldə olunmasında milli birliyimiz və həmrəyliyimiz də mühüm rol oynayıb: “Ümumiyyətlə, bu gün ölkəmizdə heç vaxt olmadığı kimi güclü milli birlik mövcuddur. Hazırda Azərbaycanda möhkəm vətəndaş birliyi yaranıb. Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad olunması yolunda qazandığımız qələbələrdə bu amil mühüm rol oynayır”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

