Milli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib
12.11.2020 [09:15]
Noyabrın 11-də Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevin Qazaxıstanın ölkəmizdə səfərdə olan politoloq və jurnalistləri ilə görüşü keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin qədim tarixə malik olduğunu deyib, bu əlaqələrin hazırda yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında mövcud münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin və Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin rolunu xüsusi olaraq diqqətə çatdırıb, bu əlaqələrin bu gün də hər iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Vitse-spiker qazaxıstanlı nümayəndələrə Milli Məclisin qanun yaradıcılığı prosesindən danışıb, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin işi barədə geniş məlumat verib.
Sonra Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini deyib. Qeyd edilib ki, dünəndən etibarən xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulub. Uzun illər idi ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayırdı. İşğalçı dövlət Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn tələblərinə məhəl qoymurdu. Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməyərək bu ilin iyulunda Tovuz rayonunda, sentyabrın 27-də isə cəbhənin müxtəlif istiqamətlərində genişmiqyaslı təxribatlara əl atdı. Buna görə də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan qüdrətli Azərbaycan Ordusuna döyüş əmri verdi. Şanlı Ordumuz qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandı. Odur ki, xalqımız sonsuz qələbə sevinci yaşayır, illərdir yurd-yuvasından didərgin salınan bir milyondan çox soydaşımız öz evlərinə qayıtmağa hazırlaşır.
Adil Əliyev Ermənistanın bu illər ərzində xalqımıza qarşı törətdiyi təxribatlardan, döyüş meydanında məğlub olduğunu anlayandan sonra Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini raket atəşinə tutmasından, 100-ə yaxın mülki vətəndaşımızın həlak olmasından da söz açıb. Bildirilib ki, Ermənistanın hücumları nəticəsində ölənlər və yaralananalar arasında uşaqlar, qadınlar və qocalar var. Vitse-spiker qonaqlara təxribatlar zamanı Gəncədə, Bərdədə, Tərtərdə, Ağcabədidə dağıdılan infrastrukturdan, yandırılan mülki obyektlər və fərdi yaşayış evlərindən, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyandan danışıb. Vurğulanıb ki, 44 günlük müharibənin sonunda Azərbaycan Ordusu Dağlıq Qarabağın alınmaz qalası sayılan Şuşa şəhərini erməni işğaldan azad edib. Bundan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü həyata keçirən Ordumuzun qarşısında duruş gətirə bilmədiyini görən Ermənistan sülh sazişi bağlamağa məcbur olub.
Sonra Milli Məclisin deputatları, işçi qrupun üzvləri Eldəniz Səlimov, Ülviyyə Ağayeva, Azər Badamov çıxış edərək böyük sevinc yaşadığımız bu günlərdə dost və qardaş Qazaxıstan nümayəndələrinin səfərini yüksək qiymətləndiriblər. Qazaxıstan parlamenti ilə əlaqələrdən, beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlıqdan söhbət açıblar. Parlamentlərarası münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyətini, bu sahədə qarşılıqlı səfərlərin və intensiv fikir mübadiləsinin önəmini vurğulayıblar.
Qazaxıstanın “Ea-news.kz” portalının baş redaktoru Nurgali Yusipbay, “Halyk.kz” “YouTube” kanalının və “Altyn-Orda.kz” saytının rəhbəri Serik Malayev, blogger Kuanış Edilxanov, Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Füzuli Məcidli görüşdə çıxış edərək Azərbaycanı möhtəşəm Qələbə münasibətilə təbrik ediblər.
Söhbət zamanı Qazaxıstan mətbuatının bu günlərdə Azərbaycanla bağlı xoş xəbərlərə böyük yer ayırdığı qeyd olunub.
Qonaqlar səfər çərçivəsində Gəncəyə və Bərdəyə gedəcəklərini, erməni təcavüzünün nəticələrini öz gözləri ilə görərək Qazaxıstan mətbuatında geniş işıqlandıracaqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

