/ / Araz Əlizadə: Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi
Araz Əlizadə: Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi
13.11.2020 [23:01]
“Ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları düşməni diz çökdürdü. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları bəyanatı, bu baxımdan, məntiqi nəticə hesab etmək olar. Belə ki, işğalçı Ermənistan müharibədə məğlub olduğunu qəbul etdi”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti arasında imzalanan bəyanat əsasında atəşkəsin elan edilməsi və müharibənin dayandırılması işğalçı dövlətin biabırçı məğlubiyyətinin nəticəsidir: “Atəşkəsin elan olunması və müharibənin dayandırılması işğalçı Ermənistanın ordusunun tam məhv olmaqdan xilas şansı idi. Çünki əgər Vətən müharibəsi 1 həftə də davam etsəydi, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki bütün işğalçı qüvvələr tamamilə məhv ediləcəkdi”.
A.Əlizadə deyib ki, imzalanan bəyanatda yer alan digər mühüm məqam Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təmin edilməsidir: “Bəyanatın 9-cu bəndində yer alan Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki uzun illərdir, hətta 1988-ci ildən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqənin pozulması regionun iqtisadi inkişafına ciddi ziyan vururdu. İndi isə tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu isə Naxçıvan əhalisinin gələcəyi, ümumiyyətlə, Azərbaycanın inkişafı üçün mühüm töhfə verəcək”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

