Elşən Musayev: Azərbaycan xalqı və Azərbaycan Ordusu Paşinyana öz yerini göstərdi
20.11.2020 [09:40]
“Ermənistan və onun uğursuz baş naziri Nikol Paşinyan hazırda çox acınacaqlı durumdadır. Paşinyan ölkəni çox pis vəziyyətə gətirib, xüsusilə də yürütdüyü diktatura siyasəti ilə buna səbəb olub”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, bir ara “sorosçular” iddia edirdilər ki, Ermənistana guya Paşinyanın timsalında demokratiya gəlib, guya xalqın səsi ilə yeni lider seçilib. Amma bugünkü proseslər göstərir ki, Paşinyanın demokratiya haqqında anlayışı belə yoxdur. Bu adam demokratiya sözünün “d” hərfindən belə xəbərdar deyil. Yalnız Ermənistanda cərəyan edən son prosesləri izləyərək rahat şəkildə mühakimə yürütmək və Paşinyanın əsl kimliyinə, mahiyyətinə qiymət vermək mümkündür.
“Bu uğursuz və faşist təfəkkürlü siyasətçi cəmi iki mitinqdən sonra 200 müxalifətçini həbsə atıb, qalanlarını isə hədələyir. Paşinyan Ermənistanda azad söz mühitini tamamilə boğub, ölkəsini viran qoyub, onsuz da bərbad olan iqtisadiyyatı daha da pisləşdirərək iflic vəziyyətə salıb, müharibəni biabırçı şəkildə uduzub, hər istiqamətdə pərən-pərənliyin, xaosun bünövrəsini qoyub, həbsxanaları müxalifətçilərlə doldurub. Amma bunun müqabilində yenə utanmadan deyir ki, xalqını düşünür, xalqının maraqlarını güdür. Paşinyan təkcə xalqının deyil, bütünlükdə demokratik aləmin düşmənidir. Ən maraqlı məqam isə odur ki, ən az 200 müxalifətçini həbsə saldıran Paşinyana qarşı hələ də beynəlxalq təzyiqlər yoxdur. Ayrı vaxt hamıya dərs keçmək həvəsinə düşən bəzi beynəlxalq təyinatlı qeyri-hökumət təşkilatlarının da səsi çıxmır. Yəqin ki, heç çıxmayacaq da. Çünki bu gün dünya ikili standartlarla əhatə olunub, ümumbəşəri prinsiplər ikinci plana keçib. Amma eybi yox, qoy səsləri çıxmasın. Nə qədər susurlar sussunlar. Bu, onsuz da onların xislətidir. Əsas odur ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu Paşinyana öz yerini göstərdi, onu yetərincə miskin vəziyyətə saldı, diz çökdürdü. Bundan sonra da hər zaman belə olacaq. Azərbaycan bu gün qalibdir. Tam üstünlüklə qalibdir. Həmin qalibiyyəti bizlərə yaşadan Müzəffər Ali Baş Komandanımıza, qəhrəman əsgərlərimizə eşq olsun!”, - deyə partiya sədri qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

