Türkiyə İş adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyəti Milli Məclisdə olub
20.11.2020 [10:04]
Noyabrın 19-da Milli Məclisdə Türkiyə İş Adamları və Sahibkarlar Dərnəyinin (TÜMKİAD) nümayəndə heyəti ilə görüş olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlığının qədim tarixi köklərə söykəndiyini diqqətə çatdıran Milli Məclisin sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iki dövlət, bir millət olan ölkələrimizin Azərbaycanın müstəqilliyi dövründə daha da yaxınlaşdığını, sıx birləşdiyini və strateji tərəfdaşlara çevrildiyini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlət başçılarımız İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Vətən müharibəsi günlərində Türkiyə rəhbərliyinin və xalqının Azərbaycana verdiyi mənəvi-siyasi dəstək bu dostluğun bariz nümunəsidir. Milli Məclis sədrinin müavini dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, 83 milyonluq Türkiyə xalqına dərin minnətdarlığımızı bildirib.
Adil Əliyev qonaqlara Ermənistanın təcavüzü nəticəsində 30 il işğal altında qalan Azərbaycan torpaqları, erməni silahlı qüvvələrinin vaxtaşırı təkrarlanan təxribatları, bu ilin iyul, avqust və sentyabr aylarında baş vermiş hadisələr, nəhayət, sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı barədə məlumat verib. Saysız-hesabsız müharibə cinayətləri törədən erməni tərəfinin Azərbaycanın Gəncə, Mingəçevir, Goranboy, Daşkəsən, Tərtər, Bərdə və digər dinc yaşayış məskənlərini raket hücumlarına tutduğunu, qadağan olunmuş silahlardan istifadə etdiyini, nəticədə 100-dək mülki insanın həlak olduğunu və 500-dək dinc vətəndaşımızın yaralandığını, mülki infrastruktura böyük miqdarda ziyan vurulduğunu bildirib. Beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycanın şanlı Qələbəsinin şəhidlərin qanı bahasına başa gəldiyini vurğulayıb. Qonaqların diqqətinə çatdırılıb ki, artıq Qarabağın incisi olan Şuşaya yolun çəkilməsinə başlanılıb.
Görüşdə TÜMKİAD nümayəndə heyətinin başçısı Nihat Tanrıkulu ölkəsindəki Azərbaycan sevgisini Milli Məclisin deputatlarına çatdırıb. Vətən müharibəsində şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət, qazilərə şəfa diləyib, Ulu Öndər Heydər Əliyevin ruhunun şad olduğunu bildirib. Qarabağ torpaqlarının Azərbaycan üçün müqəddəs məkan olduğunu vurğulayıb. İşğaldan azad olunmuş torpaqlarımızda sülh dövründə aparılacaq abadlıq-quruculuq işlərində hər cür dəstəyə, köməyə hazır olduqlarını bildirib.
Görüşdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədr müavini Əli Məsimli və komitənin üzvü Ziyad Səmədzadə ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüblər.
Sonra Türkiyənin İş Adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyətində təmsil olunan Levent Kızılgedik, Müslim Birdal, İlhami Öztürk, Bülent Kızılgedik, Taner Şahin, Behaeddin Gül və başqaları çıxış edərək hər cür inkişafda və əməkdaşlıqda milli-mənəvi dəyərlərin qorunması vacibliyini qeyd ediblər. Qonaqlar Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

