Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Razi Nurullayev: Fransada müəyyən dairələr tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək nümayiş etdirilir

Razi Nurullayev: Fransada müəyyən dairələr tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək nümayiş etdirilir

25.11.2020 [09:11]

“44 günlük Vətən müharibəsi ərzində ölkəmizə qarşı ikili yanaşma nümayiş etdirən Fransada Azərbaycanın qələbəsindən sonra qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair məsələ gündəmə gətirilib. Bu, qəbulolunmazdır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.
O qeyd edib ki, Fransada müəyyən dairələr tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək nümayiş etdirilir. Fransa Senatı Qarabağdakı qondarma qurumu tanımağı hökumətə tövsiyə edən qətnaməni noyabrın 25-də müzakirəyə çıxaracaq. Bunun arxasında erməni lobbisinin dayandığı hər kəsə məlumdur.
Razi Nurullayev bildirib ki, Azərbaycanla Fransa arasında illərdir iqtisadi, mədəni, təhsil və digər sahələrdə yüksək əlaqələr qurulsa da, işğalçı Ermənistana göstərilən dəstək bu ölkənin hakimiyyət dairələrinin erməni lobbisinin ciddi təsiri altında olduğunu sübut edir. Əks halda, son vaxtlar bu ölkədə indiyədək Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycana qarşı kampaniyalar aparılmazdı.
Partiya sədrinin sözlərinə görə, Fransada atılan bu kimi addımlar beynəlxalq hüquqa ziddir: “Çünki bütün dünya, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Həm BMT Təhlükəsizlik Şurasının, həm də digər beynəlxalq təşkilatların bu barədə qəbul etdiyi sənədlər mövcuddur”.
NARDAR

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31