Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müşfiq Cəfərov: Bu tarixi Qələbə gələcək uğurların başlanğıcı, regionun isə sabitliyinin təminatıdır

Müşfiq Cəfərov: Bu tarixi Qələbə gələcək uğurların başlanğıcı, regionun isə sabitliyinin təminatıdır

25.11.2020 [09:16]

“Ermənistanın təslim olaraq sülhə məcbur qalması, işğal olunmuş torpaqlardan düşmən qoşunlarının çıxarılması dövlətimiz, xalqımız üçün çox əhəmiyyətli hadisədir. Bu, müstəqil Azərbaycanın tarixində mühüm və tam qələbədir. Artıq biz Qələbə qazandıq. Azərbaycan öz gücü, qüdrətli Ordusu, Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, uzaqgörənliyi, qətiyyəti hesabına zəfər qazandı. Əsgərlərimiz işğal altındakı torpaqlarımızı azad edərək öz əlləri ilə bayrağımızı oralara sancdılar”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, bizim cəbhədə əldə etdiyimiz qələbələr düşməni təslim olmağa məcbur etdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatında Azərbaycan üçün çox vacib maraqlar təmin olunur. Naxçıvanla quru nəqliyyat yolunun təmin olunması olduqca vacib amildir. Dünya bu gün Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü.
Millət vəkilinin sözlərinə görə, xalq-ordu birliyi bu qələbəni daha da sürətləndirdi. Hər kəs orduya inandı, güvəndi. Biz bilirik ki, ön cəbhədə Vətənini, torpağını canından artıq sevən igid, qorxmaz, qəhrəman oğullarımız var. Bu oğullar düşmənə qan uddurdu, onları Vətən torpağından qovaraq xalqına Qələbə sevinci yaşatdı. Düşmən bilməlidir ki, bu torpaqlar yenilməz, cəsur, Vətəni, torpağı üçün canından keçən bir xalqa aiddir. Xalqımız öz torpağının bir qarışını belə heç kimə güzəştə getməyəcək.
“Artıq 28 il haqqında danışılan və işğal altında olan 7 rayonu geri qaytardıq. Məcburi köçkünlər çoxdandır ki, həsrət qaldıqları öz yurdlarına geri dönəcəklər. Təbii ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu rayonları bizə sülh yolu ilə qaytarmayacaqdı. Artıq ərazi bütövlüyümüz təmin olunur. Bu tarixi Qələbə gələcək bütün uğurların başlanğıcı, regionun isə sabitliyinin təminatıdır”, - deyə M.Cəfərov qeyd edib.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31