/ / Hikmət Babaoğlu: Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək
Hikmət Babaoğlu: Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək
27.11.2020 [09:14]
“Azərbaycan parlamentində Fransa senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı xüsusi bəyanatın hazırlanması və hökumətə tövsiyə edilməsi tamamilə adekvatdır və hüquqa əsaslanır”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bəyənatda Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağı ifadə edilən fikirlər əslində hələ bu ölkənin senatının qəbul etdiyi 145 saylı qətnamədən əvvəl həm də Fransa rəsmilərinin ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirmələrinə etirazdır: “Görünür, Fransada bir qrup siyasi avantürist var ki, onlar bu ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirməyə çalışır. Ancaq bununla yanaşı, unutmaq olmaz, məlum qətnaməyə 304 senat səs veribdir. Bu, özlüyündə bir göstəricidir və Fransa senatının hansı siyasi əhval-ruhiyyədə olduğunu bildirir”.
“Ona görə də Azərbaycan bu cür aqressiv mövqeyə mütləq münasibət bildirməli və haqqı olanı tələb etməli idi. Milli Məclis də məhz bu addımı atdı. Ermənidən artıq ermənilik edən ölkənin senatına bildirdi ki, sizin qərar sadəcə kağız parçasıdır, yalnız Fransa xarici siyasətinin və demokratiyasının özünüifşasına xidmət edir. Belə bir ölkənin isə beynəlxalq hüquqdan danışmağa və onun tələblərinin yerinə gətirilməsini iddia etməyə, ya da hansısa vasitəçilik missiyasını yerinə yetirməyə mənəvi-hüquqi haqqı yoxdur. Biz artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi təqdim olunan termini siyasi-diplomatik leksikondan çıxarmışıq. Qan tökərək öz ərazi bütövlüyümüzü bərpa etmişik. Bununla da beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə gətirmişik”, - deyə millət vəkili əlavə edib.
Hikmət Babaoğlu deyib ki, Ermənistanı Dağlıq Qarabağ adında heç bir qurumu tanımadığı sənədə qol çəkməyə məcbur etmişik: “Bu isə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Fransanın səs verdiyi qətnamələrin icrası deməkdir. Fransanın da rəsmi olaraq tanıdığı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması deməkdir. Ona görə də Azərbaycanın əleyhinə hər hansı addım atarkən Fransa senatı əvvəlcə bu barədə ciddi düşünməli idi. Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

