/ / Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var
Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var
02.12.2020 [09:35]
Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlərlə dinc şəraitdə yaşadıqları və tərəqqi etdikləri dünyəvi ölkədir. Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var. Müxtəlif dini icmalar ölkəmizin inkişafında fəal rol oynayırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Fransanın “Musulmans en France” portalına müsahibəsində yer alıb.
Mübariz Qurbanlı deyib ki, dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Tarixən çoxmədəniyyətli və tolerant ənənələrlə zəngin cəmiyyəti olan Azərbaycan dövləti bu ənənələri möhkəmləndirmək siyasətini həyata keçirir. Qeyri-müsəlman, xristian, yəhudi, bəhai və digər dini icmalar cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu icmalar ölkəmizin həyatında fəal rol oynayır. Onların kilsələri, sinaqoqları, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam qorunur.
Komitə sədri qeyd edib ki, Bakı mədəniyyətlərarası dialoq platformasına çevrilib. Azərbaycan Prezidentinin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açan M.Qurbanlı onun İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasını bir araya gətirən yeganə dialoq platforması olduğunu vurğulayıb. O, Azərbaycanın mədəniyyət və dini tolerantlıq sahəsində ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb.
Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti haqqında məlumat verən sədr 5 qitənin müxtəlif dinlərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin məhz Azərbaycanın paytaxtında bir araya gəlmələrinin təsadüfi olmadığını bildirib.
Müsahibədə Azərbaycanda bütün dinlərə bərabər əsaslarda münasibət olduğu bildirilib. Ölkəmizdə dünyəvilik və dini dəyərlər arasında ideal tarazlıq olduğu vurğulanıb. Erməni mənşəli Azərbaycan vətəndaşlarının da digər etnik və dini azlıqlar kimi sülh və təhlükəsizlik şəraitində yaşadıqları və dini rituallarını həyata keçirdikləri qeyd olunub. Azərbaycanda guya erməni mədəni və dini abidələrinin dağıdılması ilə bağlı iddialara cavab olaraq bildirilib ki, bu, qətiyyən belə deyil. Əksinə, 30 il idi ki, erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərindəki mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb.
M.Qurbanlı Azərbaycanın xristian irsini təkcə sərhədləri daxilində deyil, ondan kənarda da restavrasiya edərək qoruduğu diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun xristian dini abidələrinin restavrasiyası sahəsində həyata keçirdiyi layihələrdən söz açıb.
Komitə sədri Ermənistan-Azərbaycan münaqişəsinin heç vaxt dini xarakterə malik olmadığını vurğulayıb. O bildirib ki, Qarabağda hər iki icmanın üzvləri əvvəllər olduğu kimi, Azərbaycan dövlətinin tamhüquqlu vətəndaşı kimi birlikdə yaşayacaqlar.
Müsahibənin sonunda M.Qurbanlı fransız siyasətçilərə üz tutaraq deyib: “Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa və beynəlxalq hüquqa riayət etməyə səsləyirik. Çünki ədalətə və beynəlxalq hüquqa riayət olunarsa, yalnız Azərbaycan dəstəklənəcək”.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

