Əli Əhmədov: Fransa Milli Assambleyası Senatın səhvini və günahını təkrar edir
05.12.2020 [01:04]
Fransa Senatının ardınca bu ölkənin parlamentinin aşağı palatası olan Milli Assambleyanın dekabr ayının 3-də “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etməsi mübaliğəsiz olaraq siyasi riyakarlığın bariz ifadəsi sayıla bilər. Qətnamənin əsas mövzusu ilə əlaqədar şərhlərdən əvvəl onu vurğulamaq yerinə düşər ki, Fransa hökumətinin məscidlərə və müsəlman icmalarına qarşı total təzyiqlərinin həyata keçirdiyi bir zamanda Milli Assambleyanın Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi barədə “həyəcan təbili” çalması heç bir sağlam məntiqə sığmır. Fransanın artıq bir neçə ildir Avropada milli və irqi dözümsüzlüyün, islamofobiyanın mərkəzinə çevrilməsi nəinki İslam dünyası, eləcə də xristian ölkələrini narahat etməyə başlayıb. Ona görə də bu ölkənin dünyada xristianların müdafiəsi ilə əlaqədar çağırışları qədər əslində antixristian təbliğatı təsəvvür etmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində bildirib.
Baş nazirin müavini qeyd edib ki, Milli Assambleyanın qəbul etdiyi qətnamə noyabr ayının 25-də Fransa Senatının qəbul etdiyi qətnamənin əsassız, qeyri-obyektiv və ziyanlı iddialarını təkrar edir və yenidən Fransa hökumətinə Dağlıq Qarabağın tanınması kimi təxribatçı təklif ünvanlayıb: “Senatın qəbul etdiyi məsuliyyətsiz və məsuliyyətsiz olduğu qədər də ziyanlı qətnamə ilə əlaqədar Azərbaycan cəmiyyəti, Milli Məclis, hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları əsaslı mövqelərini bildirdiyindən onları yenidən təkrar etməyə ehtiyac yoxdur. Lakin diqqəti çəkən məqam Senatın məlum tövsiyəsinə cavab olaraq Dağlıq Qarabağın tanınmasının mümkün olmaması barədə Fransa hökumətinin öz mövqeyini elan etməsindən sonra Milli Assambleyanın yenidən hökumətə bu qondarma, artıq formal şəkildə də mövcud olmayan qurumu tanımağı tövsiyə etməsidir. Doğrudur, parlament müzakirələrində ölkənin xarici işlər naziri Jan İv Le Duran qondarma Dağlıq Qarabağın tanınmasının mümkün olmadığını bəyan edib. Lakin görünən budur ki, hökumətin “qəti” mövqeyi parlamentariləri inandırmayıb. Lakin bu faktın özünün nə qədər inandırıcı olması sual doğurur. Fransanın Milli Assambleyasının 577 üzvünün yarıdan çoxu, təxminən 60%-i, Prezident Makronun “İrəli, Fransa” partiyasına və onun müttəfiqi “Demokratik hərəkat” partiyasına mənsubdur. Məlum qətnaməyə müxalifət partiyalarla bərabər, hakim partiya və onun müttəfiqləri də səs verib. Qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına hökumətin razılıq vermədiyi məlum olduğu halda, prezidentin partiyasının nümayəndələrinin yenidən eyni tövsiyəni irəli sürməsi təəccüblü görünməyə bilməz. Milli Assambleyanın Senatın məsuliyyətsiz və ziyanlı, eynilə də perspektivsiz səhvini və günahını təkrar etməsi nəyin ifadəsidir: Makronun partiyasının ona itaətsizliyinin, erməniləri Makrondan və onun hakimiyyətindən çox sevməsinin, yoxsa anti-Azərbaycan, anti-Türkiyə mövqeyinin ədalət, humanizm, obyektivlik kimi dəyər və prinsiplərdən üstün tutulmasının?”.
“Senatın qətnaməsi kimi, Milli Assambleyanın qətnaməsi də hüquqi qüvvəyə malik deyil və qondarma, artıq əslində, mövcud olmayan “Dağlıq Qarabağ respublikası”nın tanınması baxımından hər hansı perspektivdən məhrumdur. Lakin bu qətnamənin Azərbaycana və qardaş Türkiyəyə dost olmayan münasibətinin ifadəsi kimi diqqətdən kənarda qalması da yolverilməzdir. İndi dostların və dost olmayanların tanınması zamanıdır”, – deyə Əli Əhmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

