/ / İngiltərə portalı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məqalə yayıb
İngiltərə portalı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məqalə yayıb
09.12.2020 [09:33]
İngiltərənin http://www.t-vine.com saytında Ermənistanın Qarabağda törətdiyi cinayətlər, ekoloji terror və digər vandalizm aktları ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı ekspert Elnur Eltürk və jurnalist Əli Zülfüqaroğlunun həmmüəllifliyi ilə dərc edilən məqalədə Ermənistanın Vətən müharibəsi dönəmində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Ermənistanın Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar daxil olmaqla mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılması qeyd olunur. Həmçinin müharibə bitdikdən sonra mənfur Ermənistanın kapitulyasiyaya imza atmasından sonrakı dönəmdə onların boşaltdıqları rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurub talan etməsi ilə bağlı faktlara geniş yer verilir. Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması, həmçinin infrastruktura ciddi zərər verilməsi, məktəblərin, xəstəxanaların yerlə yeksan edilməsi, yaşayış evlərinin sökülərək Ermənistana daşınması diqqətə çatdırılır. Eyni zamanda, qeyd olunur ki, Ermənistanın təcavüzü nəticəsində dəyən maddi ziyan ilkin hesablamalara görə, 800 milyarddan çoxdur, bu rəqəm getdikcə artır və Ermənistanın təzminat ödəməli olduğu vurğulanır.
Yazıda, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Azərbaycana vurduğu maddi zərər və digər məsələlər barədə fikirlərinə yer verilir. Vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin qiymətləndirilməsi prosesinə yerli qiymətləndirmə şirkətləri cəlb edilib. Bu işlər özəl sektorla dövlət qurumları arasında əməkdaşlıq prinsipi çərçivəsində həyata keçirilir. Özəl sektorun da malik olduğu təcrübə var və ondan da yararlanmaq nəzərdə tutulub. Eyni zamanda, beynəlxalq təşkilatlar və müstəqil beynəlxalq təsisatlar da bu prosesə cəlb ediləcəklər. Prezident İlham Əliyevin Sərəncamında da Xarici İşlər Nazirliyinin xətti ilə prosesə bu qəbildən olan beynəlxalq təsisatların cəlb olunması nəzərdə tutulub. Həmçinin bu zərərin ümumi qiymətləndirilməsi və ümumi nəticəyə gəlinəcək rəqəmlər də Xarici İşlər Nazirliyinin xətti ilə beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Çünki bu məqamların hər biri hərbi cinayətdir.
Həmçinin diqqətə çatdırılır ki, bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktının çox təhlükəli tendensiya olması vurğulanır. Bundan əlavə, belə vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyətin, xüsusilə xarici medianın məsələyə diqqətlə yanaşmasının zəruriliyi qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

