İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi ilə AZƏRTAC-ın birgə vebinarı keçirilib
17.12.2020 [09:14]
Dekabrın 16-da İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və bu qurumun büro üzvü olan AZƏRTAC-ın birgə təşkilatçılığı ilə “Rəqəmsal xəbər istehsalı bacarıqları” mövzusunda vebinar keçirilib.
Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Malayziya, Bəhreyn, İraq, Sudan, İtaliya və digər ölkələrdən 30-a yaxın KİV nümayəndəsi iştirak edib.
UNA-nın direktor müavini Zayid Sultan vebinarın jurnalistlər arasında təcrübə mübadiləsini genişləndirmək, yeniliklərin tətbiqini sürətləndirmək, müasir tendensiyalarla tanış olmaq məqsədilə keçirildiyini qeyd edib. “Şadam ki, AZƏRTAC informasiya agentliyi ilə birgə bu tədbiri təşkil edirik. Agentliyin əməkdaşı kontent yaradıcılığı sahəsində təcrübələrini bölüşərək pandemiya şəraitində və ümumiyyətlə, kontent yaradıcılığındakı yanaşmaları təqdim edəcək. Buna görə AZƏRTAC-ın rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.
AZƏRTAC-ın Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov agentliyin pandemiya şəraitində fəaliyyətindən danışıb. Qeyd olunub ki, karantin rejimində agentliyin xəbərlərinə olan tələb yüksəlib ki, bu da cəmiyyətin doğru və operativ xəbərlərə artan ehtiyacından irəli gəlir. Bununla əlaqədar AZƏRTAC-ın informasiyalarına müraciətlər 40 faiz artıb. Eyni zamanda, veb-resurslarına birbaşa girişlər 90 faizə qədər yüksəlib.
Pandemiya insanların xəbər istehlakı üçün mobil cihazlara daha çox müraciət etməsinə də təkan verib. Statistikaya əsasən, karantin rejimində bu göstərici 56 faiz yüksəlib. Bundan başqa, pandemiya şəraiti kontent yaradıcılığında əvvəllər az diqqət yetirilən üsul və vasitələrin daha intensiv istifadəsini önə çəkib. Kütləvi tədbirlərin ləğv olunmasına və digər fəaliyyət məhdudiyyətlərinə baxmayaraq, buraxılan informasiyaların həcmi artıb. Əsasən vizual kontentə maraq daha da çoxalıb.
Bildirilib ki, son bir il ərzində informasiya agentliklərinin xəbərlərinə tələbat dəfələrlə artıb. Bu da insanların geniş yayılan feyk xəbərlər fonunda doğru informasiyalara meyillənməsindən irəli gəlir. Nəticə etibarilə demək olar ki, mürəkkəb informasiya axını şəraitində bu tendensiya qarşıdakı illərdə də yüksək olaraq qalacaq.
Vebinarda Russia Today televiziyasının nümayəndəsi Artur Sokolov da çıxış edərək televiziya və internet kontentləri arasındakı fərqlərdən, sosial şəbəkələrin yaratdığı trendlərdən, müxtəlif platformalarda işin qurulmasından, video hazırlamaq üçün vasitələrdən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

