Erməni-Fransa təxribatı Belçika Senatından sonra Nümayəndələr Palatasında da iflasa uğradı
19.12.2020 [00:26]
Dekabrın 17-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 11-də Belçika Senatının qəbul etdiyi qətnamə ilə eyni olan bu mətndə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeganə məcburi qüvvəyə malik hüquqi sənəd olmaqla BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad öz əksini tapıb. Nəticədə ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etmiş oldu.
Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə səfər etmiş Georges Dalleman, Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının prezidenti Els Van Hoof, Senatın müvafiq komissiyasının sədri Mark Demesmaeker, Senatda millətçi və separatçı N-VA qrupunun prezidenti Karl VanLuve, o cümlədən “erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover, Darya Safai, Elleyn Samyn kimi qatı ermənipərəst deputatlar həm Senatda, həm də Nümayəndələr Palatasında müxtəlif düzəliş təklifləri ilə məhz bu bəndin çıxarılmasına, sabiq işğalçı rejimin tanınmasına, onunla diplomatik əlaqələrin qurulmasına çalışsa da, öz çirkin niyyətlərinə nail ola bilmədilər. Avropa İttifaqı ölkələri arasında Fransaya ən yaxın sayılan Belçikanın federal hökuməti və parlamentinin öz müttəfiqindən fərqli olaraq, beynəlxalq hüquqa və münaqişə üzrə BMT TŞ qətnamələrinə əsaslanan qərarları rəsmi Parisin ermənipərəst siyasətində yenə də tənha qalmasını nümayiş etdirdi.
Qeyd edək ki, parlamentdəki müzakirələr zamanı Georges Dalleman kimi qatı ermənipərəst deputat “Fransa kimi cəsarətli olmağa, ermənilərin taleyinə biganə qalmamağa” çağırış etsə də, parlamentdə istədiyi dəstəyi almadı.
Eyni zamanda, parlamentin xarici əlaqələr komissiyasındakı müzakirələr zamanı Belçikanın xarici işlər naziri 10 noyabr Bəyanatının uğurla yerinə yetirildiyini bildirib və Belçika daxil olmaqla, hər hansı bir dövlət tərəfindən Dağlıq Qarabağın tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu, münaqişənin həllində beynəlxalq hüquqa əsaslanan nizamın əsas olduğunu vurğulayıb.
Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq süni “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, Fransadan sonra Belçikada çox gözlədikləri “dəstəyi” ala bilməməsi ermənilər və ermənipərəst dairələrdə böyük narazılıq və ruh düşkünlüyünə səbəb oldu.
Beləliklə, münaqişənin həllindən sonra regionda real iqtisadi, siyasi əməkdaşlıq və inkişaf imkanları axtarmaq əvəzinə, ermənilər və erməni diasporunun Qarabağda uydurma “soyqırımı” iddiaları və “tanınma” şüarları ilə özlərinin qisasçı ideologiyasını irəlilətmək cəhdləri, nəticədə Ermənistanın hazırda mövcud olduğu dalanın daha da içərilərinə yuvarlanmasına, regionda və dünyada daha da təcrid olunmasına səbəb olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

