“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 102-ci kitabı çapdan çıxıb
22.12.2020 [10:07]
Bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşib. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən, neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıb. Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməli, məsuliyyət göstərməli, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 102-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 18-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikindən götürülüb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin mart-may aylarını əhatə edir.
Yeni kitabda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videobağlantı formatında müşavirənin materialları, Azərbaycanın pravoslav xristian icmasına, bir sıra dövlət başçılarına məktubların mətnləri toplanıb.
Bu cilddə oxucular Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidən qurulmadan sonra açılış mərasimi, Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikini işlərinin gedişi ilə tanışlıq, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin, “Yeni klinika” tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmış tibbi maska istehsalı müəssisəsinin, “Azərenerji” ASC-nin yenidən qurulmuş Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin, Abşeron rayonu ərazisində Xızı rayonunun Ağdərə kəndindən çəkilmiş magistral qaz kəmərinin, Bakıda modul tipli xəstəxananın açılış mərasimləri barədə materiallarla da tanış ola bilərlər.
Bu ilin aprelində Türk Şurasının, may ayında isə “Qoşulmama hərəkatı”nın təmas qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusundakı onlayn formatda zirvə görüşləri keçirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan bu tədbirlər, həmçinin bir sıra ölkələrin dövlət başçıları ilə videobağlantı vasitəsilə aparılan danışıqlar barədə materiallar da nəşrdə yer alıb.
Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb, habelə koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa çağırış edib.
“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 102-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

