/ / Milli Məclisin komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirə edilib
Milli Məclisin komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirə edilib
24.12.2020 [09:50]
Dekabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli əvvəlcə iclas iştirakçılarını Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şanlı Ordumuzun 44 günlük savaşdakı möhtəşəm Qələbəsi münasibətilə təbrik edib. Vitse-spiker bu Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin atdığı uğurlu diplomatik addımların nəticəsi olduğunu deyib. Fəzail İbrahimli bu Qələbəni həm də dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi və erməni təəssübkeşliyi üzərində Azərbaycanın qalibiyyəti, haqqın, ədalətin zəfər çalması kimi dəyərləndirib.
Sonra “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb. Qeyd edilib ki, Qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur. Əli Hüseynli vurğulayıb ki, siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.
Təklif olunan dəyişikliklərdə Qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.
Onlayn iclasda deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Sahib Alıyev çıxış edərək müzakirə olunan bilən qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər. Yeni dəyişikliklərin dövlətlə siyasi partiyalar arasında əlaqələrin gücləndirlməsində, siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayacağı vurğulanıb.
Müzakirələrin sonunda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Toplantıda hər iki komitənin üzvləri olan deputatlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

