Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elşad Musayev: Siyasi dialoqun davam etdirilməsi mühüm əhəmiyyətə malikdir

Elşad Musayev: Siyasi dialoqun davam etdirilməsi mühüm əhəmiyyətə malikdir

26.12.2020 [09:02]

“Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan dövlətinin qarşısında böyük işlər dayanır. Heç kimə sirr deyil ki, artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. İşğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi prosesi davam edir, buna paralel olaraq infrastrukturun yenidən qurulması, yolların, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Bundan başqa mühüm məsələlər sırasında şəhid ailələrinə və yaralananlara dövlətimizin və xalqımızın qayğısını qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə fərqlənən hərbçilərimiz təltif edildi, həmçinin şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi üçün müxtəlif addımlar atıldı. Heç şübhəsiz, bu istiqamətdə görülən işlər gələcəkdə də davam etdiriləcək”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Partiya sədrinin sözlərinə görə, bu istiqamətdə görülən işlər və cəmiyyətimizin qarşısında duran digər məsələlərdə xalqımızın üzərinə böyük məsuliyyət düşür, eyni zamanda, siyasi təşkilatların birlik və həmrəylik göstərməsinə ehtiyac var.

Siyasi dialoq mühitinə də toxunan E.Musayev deyib ki, gələcək proseslərdə dövlətimizin və xalqımızın mövqeyinin daha da möhkəmləndirilməsi üçün siyasi dialoqun davam etdirilməsi mühüm əhəmiyyətə malikdir:  “Çünki Azərbaycanı istəməyən qüvvələr tərəfindən bəzi xarici ölkələrin qanunverici orqanları səviyyəsində bizə qarşı böyük təxribatlar olur. Bu təzyiqlərin qarşısında qətiyyətlə və əzmlə dayanmaq üçün dialoq mühiti qorunub saxlanılmalıdır. Siyasi təşkilatlar da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və bundan sonra da ümummilli məsələlərdə dövlət başçısının yürütdüyü siyasətə dəstək verməlidirlər”.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31