/ / “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb
“Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb
26.12.2020 [09:24]
Dekabrın 25-də Milli Məclisin ictimai birliklər və dini qurumlar, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, parlament sədrinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olundu və siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürüldü.
Müzakirəyə çıxarılan sənədi çox demokratik qanun adlandıran vitse-spiker məlumat verib ki, siyasi partiyalar haqqında yeni qanun hazırlanır, parlamentdə səslənmiş fikirlər həmin qanunda öz əksini tapacaq. Qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib. Layihəyə görə, 17-1-ci maddəyə edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur.
Sonra iclasda Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda plenar iclasdakı müzakirəsi zamanı rəy və təkliflərini bildirmiş siyasi partiya rəhbərləri Razi Nurullayev, Fazil Mustafa, Sabir Rüstəmxanlı və Tahir Kərimlinin, həmçinin deputat Məlahət İbrahimqızının fikirlərinə münasibət bildirib, bir sıra məqamlara aydınlıq gətirib. Onlayn iclasda birinci vitse-spiker qanunun 17-1-ci maddəsinə edilən dəyişiklikləri bir daha ətraflı şərh edib.
Komitələrin birgə iclasında deputatlar Azər Badamov və Razi Nurullayev “Siyasi partiyalar haqqında” Qanuna təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər, sənədi ikinci oxunuşa tam hazır layihə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur.
Hər iki komitə üzvlərinin və siyasi partiya rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

