Rufiz Qonaqov: Əldə olunan uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır
07.01.2021 [08:51]
“2020-ci il Azərbaycan tarixinə torpaqlarımızın işğaldan azad edilməsi ili kimi yazıldı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məhz 2020-ci ildə öz azadlığına qovuşdu, ərazi bütövlüyümüz təmin edildi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentləri xüsusi qeyd etmək lazımdır. Ötən il ərzində Ermənistanın hərbi təxribatlarının qarşısının uğurla alınması, ölkəmizin hərbi potensialının daha da artırılması, o cümlədən dünyada koronavirus pandemiyasının hökm sürməsinə rəğmən ölkəmizdə iqtisadi stabilliyin qorunub saxlanılması qazanılan zəfərdə öz əhəmiyyətli rolunu oynadı. Ən əsası isə milli birliyimiz, həmrəyliyimiz bu uğura öz böyük təsirini göstərdi”. Bunu qəzetimizə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə qazanılan Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. İstər yeni müasir silahların əldə olunması, istərsə də ölkəmizin milli müdafiə sənayesinin ildən-ilə təkmilləşdirilməsi qələbəni təmin etdi. Azərbaycan öz iqtisadi gücündən düzgün istifadə etməklə hərbi gücünü artıraraq daha da yüksək səviyyəyə çatdırdı. “Təbii ki, 2020-ci ilin ən mühüm hadisəsi məhz torpaqlarımızn işğaldan azad edilməsi olsa da, qlobal dünyanın bir hissəsi kimi gedən proseslərdə, baş verənlərdə oynadığımız rol da əsas şərtlərdən sayılır. Bu mənada arxada qoyduğumuz ildə istər qlobal pandemiyaya qarşı mübarizə sahəsində, istərsə də beynəlxalq müstəvidə aparılan fəaliyyət yalnız uğurları ilə seçildi. Digər tərəfdən, ötən illər ərzində beynəlxalq aləmdə əldə olunan uğurlar, dünya ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla milli maraqlar çərçivəsində düzgün iş prinsipinin qurulması Vətən müharibəsi dövründə ölkəmizə güclü dəstəyin nümayiş etdirilməsinə səbəb oldu. Bu isə özlüyündə bir həqiqətin növbəti dəfə ortaya çıxmasını şərtləndirdi. Birmənalı şəkildə deyə bilərik ki, istər siyasi platformada, istərsə də Vətən müharibəsi dövründə əldə olunan hərbi uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır”, - deyə R.Qonaqov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

