/ / Hikmət Babaoğlu: ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal demokratiya olmadığı ortaya çıxdı
Hikmət Babaoğlu: ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal demokratiya olmadığı ortaya çıxdı
08.01.2021 [09:14]
“ABŞ-da baş verənlər, əslində, həqiqi demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər. Çünki bu vaxta qədər bütün dünyaya ideal demokratiya kimi təqdim edilən Amerika demokratiyası heç də həqiqi demokratiya deyil, tamamilə elita demokratiyası kimi səciyyələndirilə biləcək demokratiya idi. Bunun əsasını isə demokratiyanın ilkin mənbəyi kimi xarakterizə olunan seçki sistemi təşkil edirdi”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Amerikada 200 illik demokratiya tarixində heç vaxt sadə seçici birbaşa səs verməklə öz mövqeyini ortaya qoya bilməyib, onun səsi, sadəcə, təmsilçi seçməklə məhdudlaşdırılıb: “Ona görə də Amerika demokratiyasından danışanda onu təmsilçi demokratiya adlandırırlar. Bu isə, əslində, bir qrup siyasi elitanın hətta bir qədər də dəqiqləşdirsək, anqlosakson elitanın maraqlarına xidmət edən demokratiya idi. Bu demokratiya hətta o dərəcədə süni idi ki, nəinki xalqı siyasi iştirakçılıqdan kənarda qoyur, hətta elitanın içərisində belə “demokratik lider”lər layihə formasında həyata keçirilirdi. Nəticə isə ölkədə respublikaçılar və demokratlar arasında hakimiyyət ötürülməsini təmin edən mexanizm yaratmaqla vətəndaş təşəbbüskarlığını, iştirakçılığını minimuma endirirdi. Bu, heç də həqiqi demokratiya adlandırıla bilməzdi. Donald Tramp məhz bu “layihələndirilmiş” demokratiyaya və onun seçki sistemindəki qüsurlarına etiraz edərək, bir növ, Amerika demokratiyasını təftişə məruz qoydu. Və dərhal bəlli oldu ki, bu demokratiya dayanıqlı və demokratik təzyiqə dözümlü olan daxili struktura malik deyil”.
Millət vəkili bildirib ki, hazırda ABŞ-da yaşananları şərtləndirən amillər bu sistemin yaratdığı məhdudiyyətlərdən doğan amillərdir: “Bu gün bir sıravi Amerika vətəndaşı Senata daxil olub “bura mənim evimdir” şüarı səsləndirə bilirsə, bu, 200 illik ABŞ demokratiyasının 200 il ərzində adi vətəndaşa bu şüarı səsləndirə biləcək qədər cəsarət haqqı tanımasının yeganə nümunəsidir. Yəni əslində, xalqın nəhayət həqiqi demokratiya uğrunda mübarizəyə iddialı olmasının göstəricisidir. Ona görə də 6 yanvar hadisələrindən sonra proseslər bu cür inkişaf etməkdə davam edərsə, ABŞ demokratiya tarixində yeni keyfiyyət mərhələsi başlaya bilər. Sonuncu prezident seçkilərindən əvvəl keçirilən rəy sorğusunda iştirak edən respondentlərin kimə və nə üçün səs verəcəkləri ilə bağlı suala təqribən 30 faiz iştirakçı öz mövqelərini kiçik və orta biznesə olan münasibətə görə müəyyən etdiklərini ifadə etmişdilər. Bu kateqoriyaya əsasən latındillilər daxildir. İrqi məsələlərə görə öz siyasi mövqeyini dəqiqləşdirənlər isə ümumi respondentlərin 20 faizə qədərini təşkil edirdi. Bunlar da əsasən afroamerikanların mövqeyi idi. 17 faiz isə pandemiyaya qarşı mübarizə metodlarının effektivliyinə görə öz siyasi mövqelərini dəqiqləşdirəcəklərini demişdi və sair. Göründüyü kimi, təkcə bu müqayisədə artıq elə reallıqlar ortaya çıxır ki, onlar rəsmi nəticələrdə təsdiqini tapmır. Əslində, narazılıq edənlər də elə onlardır. Daha xırda detallara girmədən ümumiləşdirmə aparsaq, görəcəyik ki, baş verən hadisələr səbəbsiz deyil. Bu isə ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal olmadığının göstəricisidir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

