Ermənistanda siyasi qarşıdurma: Paşinyanın istefası tələb olunur
13.01.2021 [09:30]
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanda hər keçən gün vəziyyət daha da gərginləşir. Belə ki, indiki durum ictimai-siyasi dairələrdə böyük narahatlığa səbəb olur və ölkədə cəmiyyətin bütün təbəqələri tərəfindən hökumətin istefası tələb edilir. Ölkə prezidentinin, müxalifətin, bütün təbəqələrdən olan vətəndaşların, erməni katolikoslarının və erməni diasporunun çağırışlarına baxmayaraq, Nikol Paşinyanın istefa verməməsi isə kütləvi etiraz aksiyalarının davam edəcəyindən xəbər verir. Ermənistan mediasının yazdığına görə, “Vətənin xilası naminə hərəkat”ın nümayəndələri bu günlərdə baş nazirin hakimiyyətdən kənarlaşdırılması üçün ölkədə vətəndaş itaətsizliyi və kütləvi etiraz aksiyalarının geniş şəkildə davam etdiriləcəyini bəyan ediblər. Belə ki, müxalifət Gümrü, Sünik və Vanadzor vilayətlərində vətəndaş itaətsizliyi aksiyaları təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, baş nazirin Moskvaya səfər etməsi də həm ölkə əhalisi, həm də Rusiyadakı ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Yerli media yazır ki, paytaxt sakinləri baş nazirin hava limanına getməsinin qarşısını almaq üçün Yerevanda yolları bağlayıblar. “Panorama.am”ın məlumatına görə, Rusiyadakı erməni icması N.Paşinyanın Moskvaya səfərinə qarşı çıxıb. Belə ki, Rusiya erməniləri ittifaqının rəhbəri Ara Abramyan səfərdən öncə yaydığı bəyanatda Paşinyana çoxsaylı suallar ünvanlayıb. Erməni icmasının baş nazirin səfərini yox, istefasını gözlədiyini deyən A.Abramyanın sözlərinə görə, artıq iki aydır ki, Ermənistanda hüquqi müstəvidən kənarda fəaliyyət göstərən, dövlətlə, xalqla heç bir əlaqəsi olmayan və ölkədə yaxşılığa doğru heç bir dəyişiklik edə bilməyən Paşinyan bu səfərlə Rusiyadakı erməni icmasını təhqir edib. Yeri gəlmişkən, qeyd edək ki, “Tert.am”ın yazdığına görə, yanvarın 11-də Ermənistanın Rusiyadakı səfirliyi qarşısında N.Paşinyana qarşı etiraz aksiyası keçirilib. “Daşnaksutyun”un Moskva ofisinin rəhbəri Nerses Nersisyan Rusiyadakı erməni icmasının Paşinyanın istefası tələbi ilə imzatoplama kampaniyasına da başladığını deyib. Onun sözlərinə görə, pandemiya səbəbi ilə aksiyaya toplaşanların sayı az olsa da, Rusiyadakı ermənilərin hamısı Paşinyanın dərhal hakimiyyətdən getməsini tələb edir.
Qeyd edək ki, əksər yerli ekspertlər də ölkədəki acınacaqlı vəziyyətdən xilas yolunun N.Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında görürlər. Məsələn “News.am” yazır ki, polittexnoloq Karen Koçaryanın sözlərinə görə, hazırda cəmiyyətin yeganə vəzifəsi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olmalıdır. Onun fikrincə, bütün uğursuzluqlardan sonra Paşinyan hakimiyyətdə qalmamalıdır: “Kimin baş nazir olacağı məni maraqlandırmır. Paşinyanın parlament sədri Ararat Mirzoyanla və ya 17 siyasi partiyanın dəstəklədiyi müxalifət namizədi Vazgen Manukyanla əvəzlənməsini istisna etmirəm”.
K.Koçaryanın fikrincə, savadsız və səriştəsiz bir insan olduğu üçün N.Paşinyanın hakimiyyətdə qalması Ermənistanı fəlakətə sürükləyir.
Göründüyü kimi, xaos və anarxiyanın mövcud olduğu məğlub ölkədə bütün səviyyələrdə hakimiyyətin istefası tələb olunur. Əksər ekspertlər də Ermənistanda mövcud olan siyasi, sosial-iqtisadi, hətta mənəvi-psixoloji böhrandan, eyni zamanda, xaos vəziyyətindən çıxmaq üçün hakimiyyətin dəyişməsini labüd hesab edirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

