/ / Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb
22.01.2021 [09:26]
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, verilişin aparıcısı Kazuyasu İşida Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib. Bildirib ki, bu münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiası dayanırdı. Ötən əsrin 90-cı illərində ermənilərin xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsinə keçən il sentyabrın axırlarında başlamış İkinci Qarabağ müharibəsi nəticəsində son qoyulub. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanata əsasən münaqişəyə son qoyulub.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş görüşünü AZƏRTAC-ın xəbərləri əsasında şərh edən K.İşida bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşü 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanatın davamı idi. Üçtərəfli görüş bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, bölgədəki infrastruktur layihələrinin inkişafına əsaslanan növbəti sənədin imzalanması ilə başa çatıb. Dörd bənddən ibarət yeni sənəddə Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrupun yaradıldığı elan olunub. Sənəddə prioritet olaraq dəmir yolu və avtomobil əlaqəsinin yaradılması, Azərbaycan və Ermənistan ərazisindən beynəlxalq daşımaların, yük tranzitinin təmin edilməsi də əksini tapıb.
Bərpa işlərinin və yeni nəqliyyat infrastrukturunun yaradılması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün Yaponiya şirkətlərinin də iştirakına ehtiyacın yarandığını qeyd edən K.İşida onları bu işdə fəal iştiraka dəvət edib. Bildirib ki, Azərbaycan həmişə Yaponiyaya dost münasibət bəsləyib. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlıq əlaqələri Prezident İlham Əliyevin hakimiyyəti dövründə də daim diqqətdə saxlanılıb. Yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqazın Yaponiya üçün əhəmiyyətini vurğulayan K.İşida hazırda bu regionda investisiyalara böyük ehtiyacın yarandığını bildirib.
Ötən illər ərzində Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan K.İşida ölkəmizin cəlbedici ərazilərə və zəngin təbii sərvətlərə malik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan rəhbərliyi bütün dost ölkələri bu bərpa və quruculuq işlərində iştirak etmək üçün ölkəyə dəvət edib və həmin işə qoşulan bütün şirkətlərə əlverişli imkanlar yaradılacağını bəyan edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

