/ / Hikmət Babaoğlu: Anlaşma Memorandumu regionda yeni tərəfdaşlığın inkişaf perspektivləri baxımından əhəmiyyətlidir
Hikmət Babaoğlu: Anlaşma Memorandumu regionda yeni tərəfdaşlığın inkişaf perspektivləri baxımından əhəmiyyətlidir
22.01.2021 [09:42]
Yanvarın 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm hadisədir. Bu, istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə, regionumuzda yeni tərəfdaşlığın və tranzit kommunikasiyalarının inkişaf perspektivləri baxımından əhəmiyyətlidir. Memorandum həm də Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması ilə əlamətdardır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən mühüm karbohidrogen ehtiyatları yatağının çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilməsinə cəhd edilirdi. Ancaq bu gün “Dostluq” yatağı iki ölkə arasında dostluq və qardaşlığın rəmzinə çevrilir. Əslində, Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevrilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən neft strategiyası ilə bağlıdır. Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun millitarizə edilməsinin qarşısını aldı. “Əsrin müqaviləsi”nin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Xəzər hövzəsinə külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi. Əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünməsi ilə bağlı Azərbaycan Qazaxıstan və Rusiya ilə razılaşma əldə edə bildi. Bundan sonra nəhayət, 2018-ci ildə Xəzərin hüququ statusu müəyyən edildi və beləliklə də Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq perspektivləri yarandı.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci və 2018-ci illərdə Türkmənistana səfər etməsi, eyni zamanda, Türkmənistan Prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı. Yəni Azərbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevrilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görür.
Nəticələr isə bütün Xəzərətrafı ölkələrin xalqlarının rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də “Dostluq” karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

