/ / Birol Akgün: İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafında Azərbaycana yardım göstərməyə hazırıq
Birol Akgün: İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafında Azərbaycana yardım göstərməyə hazırıq
05.02.2021 [09:45]
Fevralın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib.
Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problem olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı rəsmi Ankaranın bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqının nümayiş etdirdiyi həmrəyliyin və mənəvi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin, “Bir millət iki dövlət” konsepsiyasının sözdə deyil, əməldə olduğunun növbəti dəfə bariz şəkildə nümayiş etdirildiyini söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb.
Səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirən Birol Akgün Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edib, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını bildirib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B.Akgün Türkiyə və Azərbaycan liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirib. Müharibədən sonrakı quruculuq və inkişaf dövrünə toxunan fond sədri bu xüsusda təhsil sahəsinin önəmini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin inkişafı məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.
Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

