/ / Minalanmış ərazilərin xəritəsini verməməsi Ermənistanın mənfur niyyətini əks etdirir İşğalçı dövlət tərəfindən hər yer, hətta hərbi təyinatı olmayan ərazilər belə minalanıb
Minalanmış ərazilərin xəritəsini verməməsi Ermənistanın mənfur niyyətini əks etdirir İşğalçı dövlət tərəfindən hər yer, hətta hərbi təyinatı olmayan ərazilər belə minalanıb
23.02.2021 [09:33]
Mənfur düşmən üç onillik ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində ağlasığmaz vandalizm əməlləri, müharibə cinayətləri törədib. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində işğaldan təmizlənən ərazilərdən çəkilən foto və video materiallar bu barədə konkret təsəvvür yaradır. Bəhs olunan ərazilərdə bir dənə də salamat bina qalmayıb, bütün tikililər dağıdılıb, onların dam örtükləri, qapı-pəncərə sistemləri, hətta sanitar qovşaqları belə sökülərək Ermənistana daşınıb. Ermənilər işğal dövründə, həmçinin meşələrimizə ciddi ziyan vurub, torpaqlarımızı istismar edib, qeyri-qanuni məskunlaşma aparıb, mədəniyyət abidələrimizi müxtəlif çirkin vasitələrdən istifadə etməklə özününküləşdirməyə çalışıblar.
Müharibədə kapitulyasiyaya uğrayan Ermənistan faşizm ideologiyasından geri çəkilməyib
Mənfur düşmənin işğalçılıq siyasətini davam etdirdiyi üç onillik ərzində törətdiyi müharibə cinayətlərindən biri də zor gücünə öz nəzarəti altına keçirdiyi ərazilərimizi minalaması ilə bağlıdır. İşğalçı dövlət tərəfindən hər yer, hətta hərbi təyinatı olmayan ərazilər belə minalanıb. Təbii ki, minalanmış ərazilər xəritələşdirilib. Beynəlxalq konvensiyalara əsasən, müharibədən sonrakı mərhələdə minalanmış ərazilərin xəritələri qarşı tərəfə təhvil verilməlidir. Ancaq beynəlxalq hüquqa arxa çevirən Ermənistan bunu etmir. Minalanmış ərazilərin xəritəsini verməməsi düşmənin xain xislətini, mənfur niyyətini bir daha əks etdirir. Burada Ermənistan çirkin məqsəd güdür. Qarşı tərəfin niyyəti odur ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası, azərbaycanlıların bu yerlərə qayıdışı ləngisin və daha çox sayda mülki şəxs xəsarət alsın və yaxud həyatını itirsin. Bu, beynəlxalq hüquq normaları, müxtəlif vaxtlarda təsdiqlənmiş konvensiyalarla daban-dabana ziddiyyət təşkil edən müharibə cinayətidir. Ümumiyyətlə, işğalçı ölkədə faşizm ideologiyasının təbliği və Azərbaycanafobiya dövlət siyasəti səviyyəsinə yüksəldilib. Məlum olduğu kimi, bir neçə il bundan əvvəl bu ölkənin paytaxtında zamanında faşistlərlə əlbir olan, onlara satqınlıq edən Q.Njdeyə böyük heykəl ucaldılıb. Eyni zamanda, Ermənistanın bir müddət öncə qəbul etdiyi yeni təhlükəsizlik strategiyasında azərbaycanlılara qarşı çağırış ifadə edən müddəalar öz əksini tapıb. Bütün bunlardan sonra düşmənin işğal dövründə Azərbaycan ərazilərini minalaması, müharibədən sonra heç bir xoş niyyət nümayiş etdirməməsi və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi Ermənistan dövlətinin faşizm ideologiyasından geri çəkilmədiyini bir daha təsdiqləyir.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi intensiv şəkildə davam etdirilir
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdə artıq bərpa işlərinə başlanılıb. Bərpa işləri planlı şəkildə və ardıcıllıqla həyata keçirilir. Vətən müharibəsində işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi birinci dərəcəli vəzifə kimi müəyyənləşdirilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 15 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Dövlətimizin başçısı fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Özünün bir sıra tapşırıq və tövsiyələrini verib.
Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi intensiv şəkildə davam etdirilir. İlk növbədə, bərpa planına uyğun olaraq infrastruktur obyektlərinin inşası nəzərdə tutulan ərazilər minalardan və partlamamış sursatlardan təmizlənir. Agentlik tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır. Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətlərində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksəkgərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları hazırda davam etdirilir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin köməyi ilə həyata keçirilir. Bu işə dost ölkələrin istehkamçıları da cəlb olunublar. Verilən məlumatlara əsasən, ötən il sentyabrın 27-dən cari il fevralın birinci ongünlüyü də daxil olmaqla aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8972 ədəd piyada və tank əleyhinə mina, 6569 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Minatəmizləmə Agentliyinin yaydığı məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi təhlükəsizlik səbəbindən qadağandır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

