Ermənistanın yeni planı-Cavaxetiya...
29.04.2010 [11:04]
Cənubi Qafqaz regionu istər iqtisadi perspektivinə, istərsə də strateji əhəmiyyətinə görə, bu gün dünyanın diqqət mərkəzinə çevrilib. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən qlobal miqyaslı layihələrin uğurlu nəticələri göz önündədir. Bu baxımdan ölkəmizin səyi nəticəsində Cənubi Qafqazın enerji dəhlizi kimi əhəmiyyəti günü-gündən artmaqdadır.
Bölgənin iqtisadi perspektivinin bu qədər parlaq olması ilə yanaşı, bu inkişafın qarşısında əngəl olan amillər də mövcuddur. Regionun kompleks inkişafına ən böyük maneə isə, Ermənistanın bölgədə yürütdüyü işğalçılıq siyasətidir. 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarımızın 20 faizdən çoxunu işğal altında saxlayan, insanları öz ev-eşiklərindən didərgin salan Ermənistan heç bir beynəlxalq norma tanımır. İşğal altında olan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl olunmur. Bununla yanaşı, artıq 100 ilə yaxındır ki, ermənilər digər qonşuları-Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər. Hələ bu azmış kimi Ermənistan rəsmi şəkildə öz Konstitusiyasında Türkiyənin bir sıra şəhərlərinə iddialar irəli sürür. Təəssüf ki, bu qondarma iddiaların təbliğatı işində bir sıra böyük dövlətlər də rol alır. Bu isə, Cənubi Qafqazda sülhün yaranmasına sözün həqiqi mənasında mane olur.
İstər Azərbaycan, istər Türkiyə, istərsə də Gürcüstan yerləşdiyimiz regionun inkişafı üçün birgə kompleks tədbirlər görməkdəykən, Ermənistan öz xislətinə uyğun addımlarını davam etdirir. Beynəlxalq hüquq normalarını ayaq altına alan bu dövlət indi də regionun başqa dövlətinə-Gürcüstana qarşı ərazi iddiasına başlayıb. Dünyanın aparıcı beynəlxalq qurumlarının tələblərinə məhəl qoymayan bu dövlət Cavaxetiyaya iddia edir.
Yeri gəlmişkən, xatırladaq ki, bir neçə gün öncə Yerevanda Gürcüstanın Ermənistandakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Gürcüstana qarşı ərazi iddiaları irəli sürərək, Samsxe-Cavaxetiya bölgəsinin Gürcüstandan ayrılaraq müstəqil olmasını tələb edib. Ermənistanın “Yeni Mühafizəkarlar Hərəkatı”nın aksiyasının iştirakçıları arasında əsasən, gənclər üstünlük təşkil edib. Onlar hərəkat adından bəyanat səsləndirib. Gürcüstana qarşı ərazi iddialarının əks olunduğu bəyanatı hərəkat üzvləri qonşu ölkənin Ermənistandakı səfirinə təqdim etmək istəyib. Bu niyyət baş tutmadığından sənəd səfirliyin mühafizəsini həyata keçirən polislərə verilib. Səfirlikdən onların qarşısına heç kimin çıxmamasını aksiyaya rəhbərlik edən hərəkat təmsilçisi Eduard Abramyan diplomatik etiketə uyğun olmayan addım adlandırıb. Aksiya zamanı polis mitinqin gedişinə müdaxilə etməyib. Halbuki, adətən, polis Yerevanda kütləvi aksiyaların qarşısını dərhal alır. Bu isə onu göstərir ki, Gürcüstana qarşı ərazi iddiaları şüarları altında keçirilən aksiya rəsmi qurumlarla razılaşdırılıb.
Bəli, ermənilərin azğınlığına qarşı dünyanın aparıcı güclərinin loyallıq nümayiş etdirməsi, deyəsən işğalçıları yeni tamaha salıb. Bir sözlə, Ermənistan Azərbaycanın ərazisini işğal edib, heç bir hüquqi normaya əməl etmir və işğal faktını dayandırmır. Bu ölkənin Türkiyəyə qarşı apardığı qondarma “soyqırımı” siyasəti bəzi dövlətlərin ikili standartları ilə parlamentlərdə müzakirə obyektinə çevrilir. Bu isə Ermənistanın Gürcüstana qarşı da “diş qıcamasına” səbəb olur.
Görəsən, həqiqətənmi böyük dövlətlər və beynəlxalq aləm iddia etdikləri kimi Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdırlar? Təbii ki, yox. çünki belə olsaydı, ən azından dünya birliyi Ermənistana qarşı sərt tədbirlər görərdilər. Ona görə ki, Ermənistanın apardığı siyasət, həm də bölgədə reallaşdırılan iqtisadi layihələri də təhlükə qarşısına qoyur. Bu isə nə böyük dövlətlərin, nə də transmilli şirkətlərin işinə yaramır.
Bəli, Ermənistanın azğınlığı artıq həddini aşır. Amma Azərbaycan Ermənistanın nazı ilə daha oynamaq fikrində deyil və bunu da dünyaya bəyan edib. ölkəmiz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrə əl atacaq. Bu mübarizədə haqqın yanında olmaq istəyənlər isə, deyəsən çox olacaq. çünki Ermənistanın sabah digər dövlətlərə qarşı da iddia qaldırmayacağına təminat yoxdur...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

