"İnkişaf - məqsədimizdir" çoxcildliyinin dördüncü cildi çapdan çıxıb
13.05.2010 [10:45]
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış “İnkişaf - məqsədimizdir” adlı çoxcildliyinin 4-cü cildindən, 2004-cü il aprelin 28-də Varşavada Avropa İqtisadi Sammitindəki nitqindən götürülüb. Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir. Dövlətimizin başçısı İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov və Rusiya Olimpiya Komitəsinin baş katibi Leonid Miroşniçenko ilə görüşündən hesabatla açılan bu cilddə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilib inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması üçün aparılan islahatlara, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapmışdır. Bu materiallar 2004-cü ilin aprelindən iyununadək olan dövrü əhatə edir. Kitabda dövlətimizin başçısı İlham Əliyevin Polşa Respublikasına, Belçika Krallığına rəsmi səfərləri zamanı tanınmış dövlət xadimləri ilə keçirdiyi görüşlər, çıxışları, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı nitqi, Azərbaycanın milli mənafeyini əks etdirən danışıqları yer almışdır. Yeni cilddə Azərbaycanla Ukrayna, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair imzalanmış sənədlər, Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı dərin məzmunlu söhbətləri əksini tapıb. Bu nəşrdə dövlətimizin başçısının nitq və çıxışları ilə yanaşı, dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri və bəyanatları da toplanıb. Kitaba “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” də daxil edilib. “Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

