Milli mənafelərdən uzaq müxalifət
23.07.2010 [03:01]
Azərbaycan müxalifətinə xas bir yanaşma tərzi bu günlərdə özünü yenidən biruzə verməkdədir. “Kim bizimlə deyilsə, kim biz deyəni demir, biz söyəni söymürsə, deməli o düşməndir”. Bax, budur həmin yanaşma tərzinin mərkəzində dayanan başlıca məntiq, daha doğrusu, məntiqsizlik. çünki, belə məntiq, hətta, ibtidai insanın məntiqi qədər də deyil. Heç olmasa, onlarda ümumi qəbilə mənafeyi var idi. Azərbaycan müxalifətində isə heç vaxt ümumxalq, dövlət, millət mənafeyi anlayışları olmayıb.
özü də müxalifətçilər təkcə ölkə daxilində deyil, həmçinin, xaricdəki insanlara qarşı da bu prizmadan yanaşırlar. Azərbaycan müxalifətinin gözündə “düşmənə” çevrilənlərin yeganə günahı isə ölkəmizdə gedən quruculuq-abadlıq işlərini, insanların sosial rifah halının yaxşılaşmasını, həmçinin, Prezident İlham Əliyevi və dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları düzgün qiymətləndirmələri olur. Elə dünya şöhrətli azərbaycanlı alim Lütfi-Zadənin də müxalifətin “qara siyahısı”na düşməsinə səbəb bu şəxsiyyətin ölkəmiz və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında əsl həqiqətləri deməsi olub.
Məlumat üçün deyək ki, bu günlərdə “Azadlıq” radiosuna müsahibə verən Lütfi-Zadə “Ilham Əliyevi diktator saymıram. O, işıqlı bir liderdir” deyib. Bundan başqa o, Azərbaycan haqqında danışarkən “Azərbaycan nə Gürcüstan, nə də Ukrayna deyil ki, ölkədaxili qarşıdurmalar olsun. Sizin ölkənizin nefti var, gəlirləri çoxdur. Adambaşına düşən gəlirlər çoxdur. Bundan başqa, mən Azərbaycanda olanda mədəniyyətə yüksək qiymət verildiyini gördüm. Bu, çox mühüm göstəricidir. Azərbaycan primitiv ölkə deyil” deyib.
Təsadüfi deyil ki, məhz həmin müsahibədən sonra bəzi müxalifətyönlü mətbuat dünya şöhrətli alimi hədəfə alıb. Artıq bir neçə gündür ki, Lütfi-Zadənin müsahibəsində işlətdiyi fikirlər müxtəlif istiqamətlərdən tənqid atəşinə tutulur. Vəziyyət o həddə çatıb ki, hətta onun alimliyinin sual altına alınmasına da cəhd göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi bütün bunların yeganə səbəbi isə dünya şöhrətli azərbaycanlı alimin sözügedən müsahibədə ölkəmiz haqqında hansısa uydurmaları, düşmən dəyirmanına su tökən yalan və iftiraları deyil, əsl həqiqətləri dilə gətirməsi olub.
Görünür Lütfi-Zadənin “Demokratiya yaxşı sözdür. Amma ona hazır olmaq lazımdır. Azərbaycanda da müxalifət partiyaları bir-biri ilə qarşıdurma vəziyyətindədirlər. Bəlkə də heç belə demokratiya Azərbaycana lazım deyil” sözləri bir-birilə qanlı-bıçaq olan müxalifət partiyalarına yaman təsir edib. Yaxud da onun “Mənim üçün güclü və sabitlik yaradan lider daha üstündür” sözləri kimlərəsə sərf etməyib.
Bir sözlə, görünən odur ki, reallıq, həqiqət, baş verən proseslərin düzgün dəyərləndirilməsi kimi amillər Azərbaycan müxalifətinə yaddır. Amma, nə qədər yad olsa da, bu bir reallıqdır ki, Azərbaycan güclənib. ölkəmiz bu gün öz inkişafına görə dünyada aparıcı yerlərdən birini tutur. Həyata keçirilən islahatlar nəticəsində insanların sosial rifah halı günü-gündən yaxşılaşır. Bu uğurlar isə Azərbaycanı sevən hər kəsi sevindirir, təkcə müxalifətdən başqa.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

