Azərbaycan iqtisadiyyatının pozitiv inkişafı daha da sürətlənəcək
31.07.2010 [03:56]
2010-cu ilin birinci yarısını yüksək inkişaf meyilləri ilə başa vuran Azərbaycanda ilin sonuna doğru artım tempi daha da sürətlənəcək, respublikamızın iqtisadiyyatında pozitivlik dərinləşəcək. Bu il iqtisadiyyatın bütün bölmələrində iqtisadi artım müşayiət olunacaq ki, bu da növbəti ilin makroiqtisadi inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradacaq. 2011-ci ildə iqtisadiyyatın modernizasiyası üçün əlverişli imkanlar mövcud olacaq. Bu isə iqtisadi islahatların genişlənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, dövlətin müdafiə potensialının artırılması üçün əhəmiyyətli baza yaradır.
Hökumət artıq 2011-ci ilin inkişaf ssenariləri ilə bağlı proqnozları hazırlayıb və yeni ildə ölkəmizin maliyyə qüdrətinin artmasının müqabilində bütün bölmələrdə pozitivliyin yüksəlməsi gözlənilir. Yeni inkişaf planının ssenariləri dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək yeni risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması, daxili resursların payının artırılması, iqtisadiyyata daha çox sərmayə qoyulması, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da çoxaldılması və maliyyə intizamının gücləndirilməsi ilə bağlı sistemli tədbirlərdən ibarətdir.
Prezident İlham Əliyev yeni ildə ölkəmizin ali maliyyə sənədi olan dövlət büdcəsinin həcminin əhəmiyyətli dərəcədə artacağını və büdcə vəsaitləri hesabına bütün sahələrin inkişafının sürətlənməsinə impuls veriləcəyini bildirib. Dövlətimizin başçısı büdcədən ayrılan əlavə maliyyə vəsaitləri hesabına infrastruktur obyektlərinin yaradılmasının geniş vüsət alacağını xatırladıb. Prezident İlham Əliyev qarşıdakı ilin büdcə zərfinin əsasən investisiyayönümlü olacağını və infrastruktur-investisiya layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət göstəriləcəyini bildirib: “2011-ci ilin dövlət büdcəsi həmişə olduğu kimi investisiyayönümlü olmalıdır. Eyni zamanda, o büdcədə bütün sosial məsələlər də öz həllini tapmalıdır. Deyə bilərəm ki, Azərbaycanda əsas investisiya layihələri - elektrik stansiyaları, yollar, digər infrastruktur layihələri, su anbarları - artıq ya başa çatıbdır, ya da başa çatmaq üzrədir. Biz bu il Tovuzçay su anbarının tikintisinə başlamalıyıq. Bu da çox nəhəng bir layihədir, həm elektrik enerjisinin verilməsi, eyni zamanda, suların tənzimlənməsi layihəsidir. Əgər Tovuzçay su anbarı vaxtında tikilsəydi, bu daşqınlar da, sellər də bizə bu qədər əziyyət verməzdi. çünki həmin su anbarı hesabına istənilən həcmdə suyun idarə olunmasına nail ola bilərik. Yəni, bu layihənin icrası bir neçə il çəkə bilər. Ancaq bu il başlamalıyıq və bu işi də uğurla başa vurmalıyıq”.
2011-ci ildə maliyyə-bank sisteminin möhkəmlənməsinə yönələn strateji addımların atılması kapital bazarının imkanlarının genişlənməsinə də səbəb olacaq. Bankların aktivlərinin artımı proqnozlaşdırılır ki, bu da iqtisadiyyata kredit qoyuluşlarının çoxalmasına və sahibkarların maliyyə ehtiyaclarının ödənilməsinə şərait yaradacaq. Hökumətin bankların maliyyə bazasını daha da möhkəmləndirmək üçün strateji dəstək siyasəti yürütməsi iqtisadiyyatda dinamizmi yüksəltməyə impuls verəcək. Bankların iqtisadiyyatın qan damarı olmasını nəzərə alan hökumət maliyyə vəsaitlərini banklara verərkən məhz iqtisadi fəallığı artırmağı qarşıya əsas hədəf qoyur. Gələn il ölkəmizin valyuta ehtiyatlarının daha da artması isə hökuməti banklara daha güclü dəstək göstərməsi üçün əlavə imkanlar yaratmış olur.
2011-ci ildə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Diversifikasiya siyasətinin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirmiş olur. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Azərbaycan iqtisadiyyatının yeni modelə uyğun inkişaf edərək daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması sosial infrastrukturun da keyfiyyətcə dəyişməsinə və modernləşməsinə imkan verəcək. Respublikamızın qarşıdakı mərhələdə inkişaf ssenarilərinin reallaşması isə Azərbaycanın yüksək gəlirlərə malik, yaxşı infrastrukturlu və zəngin insan kapitalına sahib olan bir ölkə kimi tanınmasına səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30

