Aİ-dən Ermənistana “maliyyə yardımı” nəyə xidmət edir?
22.12.2021 [11:23]
Avropa İttifaqının Ermənistana isti münasibətlərinin arxasında nələr dayanır?
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində çox mühüm məqamlara toxundu. Dövlət başçısı Avropa İttifaqının Ermənistana bu yaxınlarda 2.6 milyard dollar həcmində maliyyə vəsaiti ayırmasına da diqqət yetirdi və bunun təəccüblü olmasını vurğuladı. Azərbaycan Prezidenti söylədi ki, fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Dövlət başçısı qurumun Azərbaycana təqribən 20 dəfə az - 140 milyon dollar məbləğində vəsait ayırmasına da toxunaraq “Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”,-deyə vurğuladı.
İkili standartlar siyasəti, yaxud ədalətsizliyin bariz nümunəsi
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında fərqi görməməsi, obyektiv amilləri nəzərə almaması açıq-aşkar görünür: “Azərbaycan əhalisinin sayı Ermənistan əhalisindən ən azı 4 dəfə çoxdur. İki ölkənin iqtisadi potensialı arasında fərq ildən-ilə artır, Azərbaycan iqtisadiyyatı bütövlükdə Qafqaz regionunda aparıcı mövqeyə malikdir. Belə olan halda, Avropa İttifaqı tərəfindən Azərbaycana və Ermənistana ayrılan vəsait arasında ciddi fərq olması onu göstərir ki, qurum bu məsələdə də ikili standartlar nümayiş etdirir. Azərbaycanın torpaqları 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olub, iqtisadi potensial, sosial və insan infrastrukturu dağıdılıb, Azərbaycan dövlətinə milyard manat dollarla zərər vurulub. Avropa İttifaqı vəsait ayırarkən bu məqamları nəzərə almalı, obyektiv yanaşma ortaya qoymalıydı”.
“Söhbət təkcə Azərbaycana vəsait ayrılmasından getmir, ölkəmizin kifayət qədər valyuta ehtiyatları, güclü iqtisadiyyatı var. Məsələ budur ki, Avropanın enerji təhlükəsizliyinə müstəsna töhfə verən Azərbaycana qarşı ikili standartlara əsaslanan bu mövqe ədalətsizliyin bariz nümunəsidir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, işğaldan azad olunmuş ərazilərini bərpa edəcək, artıq bu işlərə start verilib. Söhbət ondan gedir ki, yenə də ikili standartlara əsaslanan yanaşma mövcud olacaqsa, erməni vandalizminə qarşı müvafiq xarici qüvvələr tərəfindən laqeyd münasibət göstəriləcəksə, bu, heç də müsbət qarşılanmayacaq. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti beynəlxalq aləmdə müsbət beynəlxalq imicinin möhkəmlənməsinə nail olub, düşünülmüş iqtisadi siyasətini davam etdirir, eyni zamanda, bir daha sübut edir ki, ikili standartlar siyasəti davam etsə də, Azərbaycan heç vaxt həmin qüvvələrin düzgün olmayan baxışları ilə razılaşmayacaq. Azərbaycan öz milli maraqlarını qorumaq üçün müstəqil siyasət, o cümlədən iqtisadi təhlükəsizlik siyasəti yeridir, davamlı, dinamik və keyfiyyətli inkişaf edən dövlət kimi mühüm nailiyyətlər qazanır”,-deyə Ziyad Səmədzadə əlavə edib.
Azərbaycanı təsir altına almaq, ölkəmizə diktə etmək istəyirlər
Milli Məclisin deputatı Vahid Əhmədov isə vurğulayıb ki, bu, Avropa İttifaqının bir sıra məsələlərdə ikili standartlara əsaslanan siyasət həyata keçirdiyini bir daha təsdiqləyir: “Fikir vermisinizsə, Prezident İlham Əliyev Azərbaycana vəsait lazım olmadığını bildirmiş və təklif etmişdi ki, minalanmış ərazilərin təmizlənməsinə görə maliyyə ayırsınlar, bu prosesdə iştirak etsinlər. Yəni Azərbaycanın pula ehtiyacı yoxdur, özünün kifayət qədər maliyyəsi var. Ümumiyyətlə, Avropa İttifaqı görür ki, Azərbaycan müstəqil dövlətdir, heç bir qüvvədən asılı deyil, dövlət başçısı xalqın mənafeyini, milli maraqları üstün tutan qətiyyətli siyasət həyata keçirir. Bu da onlarda qıcıq və narahatlıq yaradır, çünki Azərbaycanı təsir altına almaq, ölkəmizə diktə etmək istəyirlər. Amma bu, mümkün deyil”.
Reallıqlar nəzərə alınmalıdır
Vahid Əhmədovun sözlərinə görə, Avropa İttifaqı başa düşür ki, Azərbaycan artıq güclü dövlətdir, beynəlxalq aləmdə kifayət qədər çəkisi var: “44 günlük Vətən müharibəsi də həm Azərbaycanın milli gücünü, həm də dünyanın beşdən böyük olduğunu göstərdi. Belə olan halda, Aİ reallıqları nəzərə almalıdır. Qurum Azərbaycandan möhkəm yapışmalıdır. İlk növbədə, nəzərə alınmalıdır ki, Avropanın enerji bazarını təmin edən əsas dövlətlərdən biridir. Avropa ölkəmizlə yaxın dostluq əlaqələri qurmalı, ikili standartlara əsaslanan mövqeyindən çəkinməlidir”.
Ümumiyyətlə faktlar və reallıqlar təsdiqləyir ki, Ermənistana ayrılan maliyyə yardımları bu ölkənin sosial-iqtisadi yaralarına məlhəm olmur. Bəs səbəb nədir? Yoxsa bəzi ölkələr və qurumlar “maliyyə yardımı” adı altında Ermənistandan çirkli pulların yuyulması vasitəsi kimi istifadə edirlər?
P.S. Mövzunu davam etdirəcəyik
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12

