Xüsusi nümayəndələrin Moskva görüşü...
29.12.2021 [10:02]
Görüşdə hansısa razılaşmalar əldə oluna bilərmi?
Nardar BAYRAMLI
Bu yaxınlarda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndə təyin edilib. Artıq xüsusi nümayəndələrin görüşünün keçirilməsi məsələsi gündəmə gəlib. Bu barədə bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanla Türkiyə arasında dialoq üzrə xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər. O deyib ki, xüsusi nümayəndələr görüşmək üçün tarix müəyyən etməlidirlər. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan da xüsusi nümayəndələrin görüşünün Moskvada keçirilməsinin müzakirə olunduğunu deyib.
Xüsusi nümayəndələrin Moskvada keçiriləcək ilk görüşündə konkret nəticələr əldə oluna bilərmi? Məsələ ilə bağlı politoloq Ceyhun Əhmədli qəzetimizə açıqlamasında bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmağa doğru getməsi, xüsusən tərəflərin qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin etməsi və həmin nümayəndələrin Moskvada görüşü ilə bağlı razılığın əldə olunması regionun gələcək taleyi baxımından son dərəcə mühüm hadisədir: “Bu, hər şeydən əvvəl, Ermənistan hakimiyyətinin 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları qəbul etmək niyyətində olmasından xəbər verir. Rəsmi İrəvan nəhayət başa düşür ki, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək bu ölkəyə ancaq fəlakət vəd edə bilər. Hazırkı böhran və səfalətdən yeganə çıxış yolu isə Azərbaycan və Türkiyənin təklif etdiyi təşəbbüslərə adekvat yanaşma sərgiləməkdir”.
Politoloq xatırladıb ki, Türkiyə dövləti Ermənistanla sərhəddi 1993-cü ildə bu ölkənin Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb. Məhz Azərbaycan torpaqlarının işğalı səbəbinə görə Ermənistan 30 ilə yaxın regionda tam təcrid vəziyyətində yaşayıb. Artıq işğala son qoyulduğunun və münaqişənin keçmişdə qaldığını deyən C.Əhmədlinin sözlərinə görə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyduğu təqdirdə, bu ölkənin Türkiyə ilə sərhədlərinin açılması üçün heç bir maneə qalmır. “Düşünürəm ki, Türkiyə dövləti bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirməkdədir. Hər halda regionda kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunması, ən əsası, yekun sülh müqaviləsinin imzalanması istiqamətində müsbət dinamika yaşanmaqdadır. Soçi və Brüssel görüşləri onu göstərdi ki, Azərbaycanın yaratmış olduğu yeni vəziyyətin legitimliyi dünya gücləri tərəfindən tanınır. Ermənistan isə başqa bir alternativ seçimin olmadığını başa düşərək hər iki görüşdə öz öhdəliklərini birmənalı şəkildə təsdiq etdi. Son vaxtlar Nikol Paşinyanın verdiyi pozitiv mesajlar da bu reallıqlardan qaynaqlanır. Hadisələrin ümumi inkişaf dinamikası onu deməyə əsas verir ki, bütün müstəvilərdə Azərbaycan şərtləri diktə edən tərəfdir. Bir sözlə, əgər bu gün Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmdədirsə və bu xüsusda görüşlərin keçirilməsi qərara alınıbsa, istisna deyil ki, Ermənistan ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə öhdəlik götürüb”, - deyə politoloq qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

