Çiçəklənməmiş solan Ermənistan...
07.01.2022 [10:54]
Nicat Dilqəmli
Ermənistanın daxilindəki vəziyyət qeyri-sabit olaraq qalmaqda davam edir. İllərdir “çiçəklənən Hayastan” xülyası ilə yaşayan ermənilərin bu arzusu 44 günlük müharibədən sonra nəinki tarixə qovuşdu, hətta gələcəyə olan bütün ümidləri məhv oldu. Artıq Ermənistandakı rəhbər şəxslər də bunu açıq şəkildə ifadə etməyi özlərinə bir növ borc bilirlər. Belə acı “etiraf”lardan növbətisini də bu günlərdə Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan “The Spectator World”ə müsahibəsində səsləndirib. Düşmən ölkənin prezidentlik postunu tutan A.Sarkisyan ölkəsini “xilaskarlar” axtarmaq kimi tarixi vərdişdən əl çəkməyə çağırıb. Başqalarının əlində maşa olduqlarını nəhayət ki, dərk edən prezident bildirib ki, öz gücündən istifadə etməyən xalqı heç bir kənar dəstək dirildə bilməz.
Maraqlıdır, bu cür nəsihətlər verməyi bacaran “müdrikyan” həqiqətənmi bu vaxta qədər elə bilirmiş ki, Ermənistan düz yoldadır? Və ya bəlkə “marionetyan” prezident hələ indi-indi iplərin “əmin əllərdə” olmadığını anlamağa başlayıb.
Bütün səmimi etiraflardan sonra prezident içindəki paxıllıq hissini qorumağı bacarmayaraq uşaq kimi ölkəmizin sürətli inkişafından danışıb: “Azərbaycan neft gəlirlərinə malik olduğu üçün bizi ötə bildi”...
Sonda isə A.Sarkisyan sanki bir növ xalqı planlaşdırılan çevirilişə səsləyir: “Ermənistanda prezident olmaq mənim üçün böyük şərəf oldu. Amma bu işə hörmət hiss etmək üçün razılaşmadım. Mən Ermənistana xidmət etməyə gəlmişəm. Əgər yeni Konstitusiya qəbul olunarsa, əgər bu, hər hansı şəkildə onun həyata keçirilməsinə və ölkənin inkişafına mane ola bilərsə mən bu postda bir saniyə belə qalmayacağam”.
Ekspertlər hesab edirlər ki, baş verənlər Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf etməyə məcbur qalıblar. Belə ki, 44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanda köklü sosial, iqtisadi böhrana səbəb oldu, insanlarda gərgin mənəvi-psixoloji durum yarandı ki, bütün bunlar da nəticə etibarilə ölkədə daxili qarşıdurmanın pik həddə çatmasına səbəb oldu.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan politoloq Ceyhun Əhmədli bildirib ki, prezident Armen Sarkisyanın “The Spectator World” jurnalına verdiyi müsahibə iki aspektdən diqqəti cəlb edir: “Birincisi, o, Ermənistanın hazırda düçar olduğu ağır sosial-iqtisadi, siyasi və psixoloji böhranın səbəblərini səmimi şəkildə etiraf edir. Digər tərəfdən isə, acizanə şəkildə bu böhrandan çıxış yolunu göstərməyə çalışır”.
C.Əhmədli bildirib ki, Sarkisyan açıq şəkildə bəyan edir ki, hazırkı gedişat Ermənistana müsbət heç nə vəd etmir: “Müsahibə başdan - ayağa pessimizm ruhundadır... O, müsahibəsində “Ermənistan “xilaskar” axtarışına son qoymalıdır” deməklə öz ölkəsinin nəhayət real və praqmatik siyasətə üstünlük verməli olduğu düşüncəsini müdafiə edir. Söz yox ki, Ermənistan prezidentini bu fikri səsləndirməyə vadar edən əsas amil regionda yaranmış yeni geosiyasi reallıqların böyük güc mərkəzləri tərəfindən tanınmasıdır”.
20 il diplomatik təcrübəyə sahib olan Armen Sarkisyan yaxşı başa düşür ki, həm Qərbin, həm də Rusiyanın postmünaqişə reallıqları ilə bağlı mövqeyi artıq formalaşmışdır: “Azərbaycanın yaratmış olduğu yeni vəziyyət beynəlxalq legitimlik qazanmışdır. Belə olan halda keçmişə qayıtmaq, yenidən münaqişə və status səhifəsini açmaq mənasızdır. Və İrəvanın bu cəhdləri heç bir nəticə verməyəcək. Ona görə də Sarkisyan dolayı yolla izah etməyə çalışır ki, Ermənistan bundan sonra xarici güclərə arxalanıb sərsəm iddialarla yaşamaqdansa, öz milli gücünə güvənərək addım atmalı və gələcək taleyini müəyyən etməlidir. Bu isə Ermənistanın yeganə çıxış yolunun regional inteqrasiya layihələrində iştirak etmək olduğunun etirafıdır”.
“Armen Sarkisyan müsahibəsində Paşinyanın avtoritarizmə meyilli olduğunu da gizlətmir və bu baxımdan, gələcəkdə idarəetmədə yaşana biləcək xaosun qarşısını almaq üçün konstitusiya islahatlarının aparılmasının zəruriliyini vurğulayır. Sarkisyan Yeni il müraciətində də konstitusiya dəyişikliyinin qaçılmaz olduğuna işarə etmişdi. Ümumiyyətlə, Ermənistan müxalifətinin hazırda əsas hədəfi yarı-prezident idarəetmə üsuluna keçidi təmin etməkdir. Görünür, Armen Sarkisyan da özünü yeni mərhələyə hazırlayır”, - deyə politoloq fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

