İran 18,4 milyon dollara səsvermə hüququnu bərpa etdi...
25.01.2022 [10:41]
Bu, Tehrana nə qazandıracaq?
Pərviz SADAYOĞLU
İran BMT Baş Assambleyasında səsvermə hüququnu bərpa edib. Bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi bildirib. Belə ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə təşkilata rüsum ödəyən rəsmi Tehran iki il əvvəl borclarına görə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib. Səsvermə hüququnu bərpa etmək üçün İran 18,4 milyon dollar yardım etməli idi. Borcun ödənilməsi Cənubi Koreya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Çünki İranın 18 milyon dollar üzvlük haqqı Koreyadakı dondurulmuş hesablarından ödənilib.
Bir müddət öncə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak BMT-yə üzv ölkələrdən 11-nin təşkilata olan borclarını vaxtında ödəmədiyini, bu ölkələrin 8-nin səsvermə hüququnu itirdiyini bildirmişdi. BMT Baş Assambleyasında səsvermə hüququnu itirmiş ölkələr isə İran, Venesuela, Sudan, Konqo, Qvineya, Papua Yeni Qvineya, Antiqua və Barbuda ilə Vanuatudur.
Maraqlıdır ki, İran elə də böyük olmayan bu məbləği niyə məhz indi ödəmək fikrinə düşüb? BMT Baş Assambleyasındakı səs hüququnu yenidən qaytarmaq rəsmi Tehran üçün hansı səbəbdən mühüm əhəmiyyətə malikdir?
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov siyasətdə heç nəyin təsadüfən baş vermədiyi fikrindədir. Onun sözlərinə görə, hadisələrin dinamikasını izlədikdə bunun şahidi olmaq mümkündür: “Bəlli olduğu kimi, İranın yeni seçilmiş prezidenti də ölkəsinin ABŞ və BMT-yə münasibətdə ənənəvi siyasət kursuna sadiqdir. Həmin kurs isə daha çox qarşıdurma ilə xarakterizə olunur. Bununla belə, İranın yeni siyasi rəhbərliyinin bu davranışı daha çox praqmatik yanaşmaların ifadəsi kimi qiymətləndirilə bilər. İran 30 ildir ki, ona qarşı tətbiq olunan sərt sanksiyaların ölkə iqtisadiyyatı üçün çox böyük problemlər yaratdığının fərqindədir. Qlobal pandemiya dövründə isə bu problemlər daha da kəskinləşib. Qeyd edim ki, pandemiya sanksiyalar altında olan dövlətlərə daha böyük təsir göstərir. Bu baxımdan, İran həm də iqtisadi mülahizələrdən çıxış edərək yeni siyasi yanaşma nümayiş etdirir. BMT-də səs hüququnu itirmək mühüm bir amildir. Bunu bərpa etmək isə mütləq şərtdir və mötəbər bir tribunada İranın strateji hədəf və məqsədlərinin müdafiəsi üçün atılan addımdır. Bu addım özündə əməkdaşlıq mühitinə yeni baxışı da əks etdirməkdədir. Belə yeni baxış isə qarşı tərəfin də adekvat addımlar ata biləcəyi ehtimalını yaradır. 18 milyon dollar borcun ödənliməsi qarşılığında İran özünün strateji baxış və məqsədlərini ifadə etmək üçün yaxşı imkanlar əldə etmiş olur. İran regionda mühüm ölkələrdən biridir və bu ölkənin həmin ödənişi həyata keçirmək imkanı var. BMT kimi bir qurumdan özünü təcrid etmək bu dövlətin maraqlarına ziddir. Mənə elə gəlir ki, İran siyasi rəhbərliyi bütün bu pozitivləri və neqativləri qiymətləndirərək belə bir addım atıb”.
Millət vəkili onu da bildirib ki, İran həm də Cənubi Qafqaz regionundakı prosesləri diqqətlə izləyir və yeni siyasi reallıqların Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən yaradıldığının fərqindədir. “Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticələrinin siyasi müstəvidə də qəbul edilməsinə nail olub. İran da bu həqiqəti qəbul edir. Fikrimcə, bütün bu mülahizələr İranın öz siyasətində yeniliklər etməsinə təsir göstərir. İran dərk edir ki, regionda əməkdaşlığın inkişafında maraqlı olmalı, yaranmış yeni geosiyasi reallıqlar fonunda korrektələri bacarmalıdır”, - deyə E.Nəsirov əlavə edib.
Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa isə son dövrlərdə İranla bağlı məsələlərin yenidən müzakirə obyektinə çevrildiyini diqqətə çatdırıb. Millət vəkilinin fikrincə, İran öz səsvermə hüququnu həmin müzakirələrdə daha aktiv rol almaq, iştirak etmək məqsədilə alıb: “İran dövləti özü də qəbul edir ki, həddən artıq təcridolunma böyük fəsadlara yol açır. Bu məsələdə bir az dönüş yaratmaq istəyirlər. Hazırkı gərginliyin fonunda özünün iştirakı olmadan Tehranla bağlı veriləcək hər hansı bir qərar narahatedici məqamlarla dolu ola bilər. Qeyd edim ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar əvvəllər İrana daha çox ciddi təsir edirdisə, indi bunu demək çətindir. Son dövrlərdə ABŞ-ın mövqeyi də bir çox ölkələr tərəfindən dəstəklənmir. Görünür, İran da buna ümid edir, proseslərdə daha aktiv rol almaq istəyir”.
Millət vəkili vurğulayıb ki, bu addımın yeni prezidentlə bağlılığı yoxdur. Çünki İranda prezident aparılan siyasi xəttə ciddi təsir göstərmək imkanında deyil. “Bu kimi məsələlərdə, hətta fərqli bir yol düşünülsə belə, bunu prezident həll edə bilməz. Bu, yəqin ki, ümumi iradənin məhsuludur. Prezident də bunu həyata keçirib”, - deyən F.Mustafanın fikrincə, gələcəkdə Vaşinqtonla Tehran arasında münasibətlərin köklü şəkildə dəyişməsi də mümkündür. Millət vəkili qeyd edib ki, ABŞ bu gün prinsipsiz siyasət aparmaqdadır və kiminlə dost, kiminlə düşmən olduğu bilinmir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

