“Şuşa bəyannaməsi”ndən “Moskva bəyannamə”sinə gedən yol...
24.02.2022 [10:02]
Azərbaycan regionda təhlükəsizliyin təmini, iqtisadi inkişafın güclənməsi üçün səyləri birləşdirir
Pərviz SADAYOĞLU
Azərbaycan regionda birləşdirici funksiyasını daha da gücləndirir. Ölkəmizin davamlı sülhün təmini, iqtisadi inkişafın yeni mərhələlərinin formalaşdırılması, mühüm əməkdaşlıq platformalarının yaradılması istiqamətindəki səyləri ümumilikdə, Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm prioritetləri müəyyənləşdirir. Ötən ilin iyununda Türkiyə ilə imzalanmış “Şuşa bəyannaməsi”, bu il fevralın 22-də Rusiya ilə imzalanan “Moskva bəyannaməsi” bölgədə müttəfiqliyin dərinləşməsinə, sülhün və inkişafın təmin edilməsi istiqamətindəki səylərin birləşdirilməsinə zəmin yaradır. Bu sənədlər, bütövlükdə region üçün yeni perspektivlər vəd edir.
Hər iki bəyannamə beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsinə xidmət edir
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir bildirib ki, Azərbaycanın yürütdüyü dövlət siyasəti hər zaman yaxın qonşuluq və əməkdaşlıq prinsiplərinə söykənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına əsaslanan bu siyasət beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsinə də mühüm töhfələr verməkdədir: “II Qarabağ müharibəsinin bitməsi və Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etməsi regionun həm siyasi, həm də iqtisadi inkişafında yeni bir mərhələ yaradıb. Əməkdaşlığın əlaqələndirilməsi region ölkələri arasında münasibətlərin daha da möhkəmlənməsinə yol açacaq. Ən əsası isə artıq regionda sülhə qarşı yönələn təhdidlərin aradan qaldırılması istiqamətində səylər birləşdiriləcək. Moskvada imzalanan bəyannamənin 6-cı bəndində göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı revanşist mövqe tutan bəzi mənfur qruplaşmaların əsassız arzularını puç etdi”.
E.Mirbəşirin fikrincə, istər Moskvada Rusiya ilə imzalanan, istərsə də ötən ilin iyununda Şuşa şəhərində Türkiyə ilə imzalanan müttəfiqlik bəyannamələri beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsinə xidmət edir. Millət vəkili söyləyib ki, bu, olduqca mühüm məqamdır. “Rusiya ilə qarşılıqlı müttəfiqliyi özündə əks etdirən bu bəyannamədə beynəlxalq müstəvidəki əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Sənəddə vurğulanır ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Xatırladaq ki, ötən il imzalanan “Şuşa bəyannamə”sində də bu nüans qeyd olunmuşdu. Orada da göstərilir ki, Azərbaycan ilə Türkiyə aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər. Bununla yanaşı, hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Rusiya və ya Türkiyə kimi böyük dövlətlərin beynəlxalq arenada Azərbaycanın dəstəyinə ehtiyac duyması mühüm mətləblərdən xəbər verir. Bu, həm də ölkəmizin beynəlxalq arenadakı rolunu əyani şəkildə ortaya qoyur. Azərbaycan post-sovet məkanında BMT TŞ-nın qeyri-daimi üzvi kimi bu ali orqana rəhbərlik etmiş yeganə ölkədir. Azərbaycan dünyada mühüm iqtisadi partnyor kimi tanınır, dəstəklənir və qəbul olunur. Fikrimcə, Rusiya və Türkiyə kimi qonşu ölkələrlə beynəlxalq miqyasda fəaliyyətin qarşılıqlı şəkildə dəstəklənməsi Azərbaycan üçün də olduqca vacibdir”, -deyən E.Mirbəşir onu da əlavə edib ki, Moskvada imzalanan bəyannamədə həm də II Qarabağ müharibəsinin nəticələrinə həsr edilən bəndlər yer alıb. Bu müttəfiqlik 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatların icrasında səylərin daha da gücləndirilməsinə təkan verəcək.
Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq üçbucağının strateji yol xətti
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Şahin İsmayılov Azərbaycanın regionda formalaşdırdığı əməkdaşlıq mühitinin yeni perspektivlər yaratdığını bildirib. Millət vəkilinin fikrincə, 2021-ci ilin iyununda qardaş Türkiyə ilə bağlanan “Şuşa bəyannaməsi”, o cümlədən bu il fevralın 22-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ölkəmizin bölgədəki nüfuzunu, siyasi çəkisini və inkişafını özündə əks etdirməkdədir. Ş.İsmayılov qeyd edib ki, bölgənin ən böyük iqtisadiyyatına malik iki dövləti ilə əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması Azərbaycanın xarici siyasət kursunun böyük uğurudur: “Diqqət yetirsək, bu bəyannamələr Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq üçbucağının strateji yol xəttidir. Sənədlərdə iqtisadi elementlərlə yanaşı, siyasi və təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıqların gələcək istiqamətləri də müəyyənləşdirilib. Məsələn, “Şuşa bəyannaməsi”ndə qeyd edilir ki, “Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar”. Bu amil, bölgədə davamlı sülhün bərqərarında əsaslı əhəmiyyət daşımaqdadır. “Şuşa bəyannaməsi”ndə bu bəndin əks olunması Türkiyə ilə Rusiyanın regiondakı fəaliyyətinə qarşıdakı dövr üçün əməkdaşlıq statusu qazandırır. Başqa sözlə, regionun inkişafı üçün ən mühüm amil olan sülhün və sabitliyin təmini istiqamətində iki dövlətin yeni müttəfiqlik platformasını formalaşdırır”.
Ş.İsmayılov vurğulayıb ki, Azərbaycan dövlətinin müstəqil subyekt olaraq yaxın qonşuları ilə imzaladığı bu bəyannamələr bərabərhüquqludur və ortaq maraqlara söykənir. Ən əsası isə bu sənədlər müasir dünyanın baş bəlasına çevrilmiş konfliktaloji hərəkətləri istisna edir. “Hər iki bəyannamə tərəflərin bərabərhüquqlu əməkdaşlığına əsaslanır. Məsələn, Moskvada imzalanan bəyannamənin birinci bəndində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. “Şuşa bəyannaməsi”ndə isə göstərilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Bu, ölkəmizin regional aktor olaraq müasir beynəlxalq münasibətlər sistemində qazandığı uğurların və özü üçün müəyyənləşdirdiyi yerin təcəssümüdür. Digər tərəfdən, hər iki sənəddə tərəflər arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı müvafiq bəndlər yer almaqdadır. Bu, yarana biləcək hər hansı bir situasiyada qarşılıqlı olaraq ortaq maraqların müdafiəsinə şərait yaradır. Bu bənd, Azərbaycanın və müqavilə tərəflərinin milli mənafeyinə zidd olan hər hansı bir prosesi birmənalı şəkildə istisna edir. Nəticə etibarı ilə, imzalanan hər iki sənəd bölgənin təhlükəsizliyi və inkişafı üçün yeni üfiqlər açır”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

