Azərbaycanda qeyd ediləcək "Dünya Ürək Günü" ilə bağlı mətbuat konfransı olub
23.09.2010 [10:37]
Azərbaycan ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, cəmiyyətin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq “Dünya ürək Günü” geniş səviyyədə qeyd ediləcək. Əlamətdar günlə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. Belə ki, “Dünya ürək Günü” çərçivəsində Körpələr evində uşaqlar kardioloji müayinədən keçiriləcək, Azərbaycan Tibb Universitetində tələbələrin iştirakı ilə seminar təşkil olunacaq. Eyni zamanda, ticarət mərkəzlərində aksiyalar təşkil ediləcək. Aksiyalar zamanı insanlara ürək-damar xəstəlikləri haqqında kitabçalar paylanacaq, müayinələr aparılacaq. Mərkəzi Klinik Xəstəxanada aztəminatlı vətəndaşlar üçün kampaniya təşkil olunacaq. Sentyabrın 25-də isə “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans keçiriləcək. Natiq qeyd edib ki, artıq 10 ildir ki, Dünya ürək Federasiyası tərəfindən “Dünya ürək Günü” dünyanın 200-dən artıq ölkəsində qeyd edilir. Azərbaycanda dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə tibbin hər sahəsində, o cümlədən, kardiologiyada yüksək nailiyyətlər əldə olunub. Biz çox sevinirik ki, bu əlamətdar günü ciddi bir bazaya əsaslanıb qeyd edə bilirik. Kardioloq bildirib ki, tədbirin məqsədi ictimaiyyətin diqqətini ürək-damar xəstəliklərinin profilaktikasına yönəltməkdir. Kardioloq üzeyir Rəhimov vurğulayıb ki, ürək damar xəstəlikləri dünyada çox geniş yayılıb. Azərbaycanda risk faktorlarının daha çox mövcud olduğundan bu xəstəlik ölüm və əlilliklə nəticələnir. ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü Firdovsi İbrahimov qeyd edib ki, dünyada ölüm hallarının 50 faizi ürək-damar xəstəlikləri ilə bağlıdır. Bu xəstəliklərin yaranmasına təsir edən faktorların qarşısını almaqla, insanları maarifləndirməklə bu xəstəlikdən asanlıqla qorunmaq mümkündür.
Tədbirdə bildirilib ki, Azərbaycanda əsasən ürəyin işemiyası, ürək çatışmazlıqları, anadangəlmə qüsurlar, aritmiya daha geniş yayılıb.
Mətbuat konfransında Dünya ürək Federasiyasının hazırladığı 10 tövsiyə haqqında məlumat verilib. Belə ki, insanlara meyvə və tərəvəzdən istifadə, fəal həyat tərzi və sağlam qida seçimi çəkini nəzarətdə saxlamaq, spirtli içkilərdən və siqaretdən imtina etmək, stressdən uzaq olmaq tövsiyə olunur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

