Aİ, yoxsa AP?
15.03.2022 [10:16]
İkitərəfli sazişin imzalanmasının gündəmdə olduğu vaxtda Azərbaycan əleyhinə qərəzli mövqe sərgilənməsi nəyin ifadəsidir?
Nurlan QƏLƏNDƏRLİ
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə imzalanacaq. “Ötən ilin dekabr ayında liderlərin sammitində Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq istiqamətləri vurğulandı. İkitərəfli sazişin imzalanması münasibətlərə yeni təkan verəcək. İndi “Şərq Tərəfdaşlığı” heç vaxt olmadığı qədər vacibdir” ,- deyən Peter Mixalko vurğulayıb ki, Azərbaycanla gələcək əlaqələrlə bağlı hüquqi baza mövcuddur. Yeni saziş də tezliklə imzalanacaq. Hər iki tərəfdə bu sazişin tez bir zamanda imzalanması üçün maraq var.
Əməkdaşlığın genişləndirilməsi məqsədilə...
Bu fikirlər, şübhəsiz ki, Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Elə münasibətlərin dinamikası da bu reallığın ifadəsidir. Tərəflər arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi əməkdaşlıq əlaqələrinin inkişafı baxımından önəmlidir. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.
Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bir müddət öncə qeyd edilmişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatdırılıb və sənədin qalan hissəsi qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacaq. Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırmışdı.
AP kimə qarşıdır - Azərbaycana, yoxsa Aİ-yə?
Təəssüflər olsun ki, Aİ-nin Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır. Aİ-nin üç vacib qurumundan biri olan AP-nin bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə ölkəmizin əleyhinə qərəzli “müzakirə” platformasına çevrilməsi arzuolunmazdır. Ən azından, bu, Aİ-Azərbaycan münasibətlərinin xarakterinə, ruhuna - mahiyyətinə ziddir. AP bununla, əslində, Avropa İttifaqına qarşı çıxış edir. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Sual olunur: belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - separatizmlə məşğuldur?! Yeri gəlmişkən, Belçikanın Eureporter.co saytı yazır ki, Avropa Parlamenti Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırmaqla Aİ ilə Bakı arasında gərginliyə səbəb olub. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borell Azərbaycanın Ukraynaya humanitar yardımını və ölkəmizin Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmaq niyyətini alqışladığı bir vaxtda Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun məktublarının erməni diasporunun nümayəndələrinə ötürülməsindən məyusluğunu ifadə edib. Azərbaycanın səfiri öz “Twitter” səhifəsində yazıb: “İnanılmaz olsa da, həqiqət ondan ibarətdir ki, Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürüb. Mən artıq Avropa Parlamentinə ünvanlanan və bir çox həssas məsələlərə toxunan digər məktubların da Avropa Parlamentinə və təşkilata yaxın olan şəxslərə, digər lobbi qruplarına sızdırılmasına da təəccüblənmərəm”.
Təəccüblü olan isə AP-nin öz siyasi məsuliyyətini “unutması” və Aİ-nin bəyan etdiyi prinsiplərə zidd fəaliyyət göstərməsidir. Bir tərəfdən Aİ Azərbaycan ilə əməkdaşlığın önəmindən bəhs edir, digər tərəfdən AP qərəzli addımlar atır. Eyni zamanda, Avropa İttifaqının “səmimi tərəfdaşlıq” ifadəsi ilə Avropa Parlamentinin Azərbaycan səfirinin məktublarını erməni diasporunun nümayəndələrinə ötürməsi faktı üst-üstə düşmür. Hər halda, qurum bu barədə ciddi düşünməlidir. Təkcə düşünmək isə yetərli deyil!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

