Proqnoz: Müharibə bitir...
16.03.2022 [10:07]
Ukraynanın irəli sürdüyü “sülh ehtimalı” nəyə əsaslanır?
Pərviz
Ukrayna ilə Rusiya arasındakı gərginliklər sona yetə bilər. Bu barədə açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. Onun sözlərinə görə, Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər. Ukrayna mətbuatının yaydığı məlumatda qeyd edilir ki, Arestoviç hazırda vəziyyətin pis olduğunu diqqətə çatdırıb: “İndi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq - bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra”.
Martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlasa da, sonradan Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirmişdi.
İstər Rusiyanın, istərsə də Qərbin aparıcı siyasi ekspertləri hərbi əməliyyatların yaxın zamanda dayanma ehtimalını aşağı dəyərləndirirlər. Belə olan halda, Ukrayna rəsmisinin belə bir açıqlama verməsi nəyə əsaslanır?
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da Ukrayna tərəfinin müharibənin yekunlaşacağı və mümkün sülh sazişi, atəşkəslə bağlı irəli sürdüyü ehtimalları qəribə adlandırıb. Təbii ki, indiki zamanda müharibənin dərhal dayandırılması əsas vəzifə olmalıdır. Bununla belə, müharibə başlayan dövrdə hərbi qarşıdurma haqqında irəli sürülən ehtimallar və ya proqnozların düz çıxması kimi, müharibənin nə vaxt bitəcəyi ilə bağlı fikirlərin də ortaya atılması bəzi şübhələrə yol açır: “Bu gün Ukraynada baş verənlər Rusiya və Ukrayna xalqları arasındakı müharibə deyil, geosiyasi müharibədir. Biz Ukraynadakı proseslərdə dünya müharibələrinə xas olan xüsusiyyətləri görürük. Rusiyaya tətbiq edilən sanksiyalar və bu sanksiyalar nəticəsində başda Qərb olmaqla, bütün dünyanın iqtisadi konfiqurasiyasının dəyişməsi bunun sübutudur. Eləcə də, Avrasiyanın logistika-kommunikasiya sistemində, enerji ilə bağlı layihələrdə mühüm dəyişikliklər baş verməkdədir və bu qlobal mahiyyət daşıyır. Sadalananlar bütövlükdə bütün dünyaya təsir edə biləcək müharibənin ortaya çıxardığı reallıqlardır. Bundan başqa, Ukraynada hazırda baş verən hadisələr də qəribədir. Məsələn, bir neçə həftədir ki, Kiyev yaxınlığında rus ordusu nəyisə gözləyir. Bəzi şəhərlər isə bombalanır, minlərlə qaçqınlar var. Bütün bunlar bir sıra suallar və ehtimallar yaradır”.
Politoloqun fikrincə, hazırda danışıqların əsas mövzusu Ukraynanın Aİ-yə və NATO-ya daxil olması əvəzində Donetsk, Krım, Luqanskla, ümumiyyətlə, bu ölkənin ərazilərinin gələcək aqibəti ilə bağlıdır. “Üzdə danışıqlar Moskva və Kiyev arasında getsə də, bu, Moskva və Vaşinqton, başqa sözlə, qlobal güclər arasında nizamlanan və həllini tapa biləcək mövzulardır. Bütün hallarda günahsız insanların öldürülməsi, öz doğma yurd-yuvalarından didərgin düşməsi XXI əsr üçün pis bir presedentdir. Bütün bunlar onu göstərir ki, beynəlxalq münasibətlərdə güc amili ən böyük faktordur. Dünyanın hegemon dövlətləri lazım olan vaxtda, istədikləri bölgədə öz ambisiyalarını həyata keçirməyə hazırdırlar”, - deyə Z.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

