ABŞ ova çıxır...
31.03.2022 [10:09]
Yaxud “Biz sizin hamınızı tapacağıq” mesajı
Mübariz ABDULLAYEV
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsini səciyyələndirən əsas məqamlardan biri də sanksiyalarla bağlıdır. İndiyədək ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri tərəfindən müharibə tərəfi olan Rusiyaya qarşı dörd mərhələdə əsasən iqtisadi məzmunlu sanksiyalar tətbiq olunub. Sanksiyalar Rusiya neftinin idxalından imtina edilməsindən tutmuş bu ölkənin beynəlxalq SWİFT sistemindən çıxarılmasına, aktivlərin dondurulmasına, yüksəksəviyyəli rəsmilərə və bir sıra iş adamlarına aid qadağaların qüvvəyə minməsinədək müxtəlif məsələləri əhatə edir.
ABŞ və bu ölkə ilə həmrəylik nümayiş etdirən dövlətlər sanksiyalarla Rusiyanın iqtisadiyyatını, maliyyə sistemini çökdürmək və beləliklə də, onun müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq niyyətindədirlər. Tətbiq olunan qadağalar Rusiyanın iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərsə də, sanksiyaların müəllifləri onların daha effektiv və məhvedici olmasını istəyirlər. ABŞ-da və Aİ dövlətlərində formalaşan ümumi qənaət belədir ki, sanksiyaların tətbiqində hansısa gizli, sürüşkən məqamlar və yaxud “qara dəliklər” Rusiyanın manevr imkanlarını bütünlüklə məhdudlaşdırmağa imkan vermir. Halbuki sanksiyaların tətbiqində əsas məqsəd Rusiyanın nəfəsliyini qısa müddətdə tam bağlamaqdır.
Sanksiyalarla Rusiyanın “ildırım sürətli çöküşünə” nail ola bilməyən ABŞ qadağalar üzrə müttəfiqlərini də səfərbər edərək, necə deyərlər, günahkarların ovuna çıxıb. Artıq müəyyən ipuclarının tapıldığı barədə məlumatlar yayılıb. ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo Londonda olarkən bildirib ki, Rusiyanın son aylarda sanksiyalar siyahısına düşən bir sıra vətəndaşları aktivlərini gizlətməyə uğursuz cəhdlər göstərirlər.
Belə cəhdlər əbəsdir, siyahılar məlumdur və dəqiqləşdirmələr yenə də davam etdirilir. ABŞ rəsmisi martda sanksiyalar altında olan şəxslərə nəzarətin gücləndirilməsinin koordinasiya edilməsi məqsədilə REPO (Russian Elites, Proxies, and Oligarchs) adı altında beynəlxalq qrup yaradıldığını xatırladıb. “Bu şəxslərin bir çoxu məsuliyyətdən yayınmaq üçün aktivlərinin dislokasiya yerlərini dəyişməyə cəhdlər göstərirlər”, - deyə nazir müavini vurğulayıb. O, qeyri-hüquqi yolla özlərinə sərvət toplayan Rusiya elitasına kömək əli uzadanlara “biz sizin hamınızı tapacağıq” mesajını göndərib. Fikirlərinə davam edən ABŞ rəsmisi deyib: “Biz sanksiyalar altında olan Rusiya vətəndaşlarına dəstək göstərənlərə qarşı da qadağalar tətbiq etməyə hazırıq”.
Bu arada bəlli olub ki, ABŞ-ın təşəbbüsü ilə hazırlanan beşinci sanksiyalar paketi də artıq masadadır. Beşinci sanksiyalar paketində Rusiyanın hərbi sənayesinin təchizat və istehsal imkanlarının məhdudlaşdırılması hədəflənir. Bayden administrasiyasının hazırladığı yeni sanksiyaların hərbi və kəşfiyyat qurumlarını mal və xidmətlərlə təchiz edən Rusiya şirkətlərinə şamil olunması nəzərdə tutulub.
Verilən məlumatlara görə, silah və xüsusi avadanlıqlar hazırlayan müəssisələrlə bağlı olan “Sertal” və “Serniya injinirinq” şirkətlərinin sanksiyalara məruz qalacağı gözlənilir. Yeni “qara siyahı”ya, həmçinin proqram təminatı və kommunikasiya texnologiyalarının hazırlanması üzrə ixtisaslaşan “Vektor”, Rusiyanın nəhəng mikrosxemlər istehsalçısı “Mikron” kimi istehsalatların adlarının salındığı bildirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

