İran şərt irəli sürdü
13.04.2022 [09:49]
ABŞ sanksiyaları ləğv edəcəkmi?
Nardar BAYRAMLI
İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi dünyanın gündəmində olan məsələlərdən biridir. Ötən ay Avstriyanın paytaxtı Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın bu razılaşmaya qayıtması ilə bağlı nüvə danışıqları keçirilib. Amma danışıqlar martın 11-də dayandırılıb. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell nüvə danışıqlarının “xarici amillər” səbəbindən dayandırıldığını açıqlayıb.
İran prezidenti İbrahim Rəisi nüvə müzakirələrindən bir addım belə geri çəkilməyəcəklərini bildirib. Milli Nüvə Texnologiyası Günü münasibətilə paytaxt Tehranda keçirilən tədbirdə çıxış edən Rəisi ölkəsinin nüvə texnologiyası sahəsində mühüm irəliləyiş əldə etdiyini deyib. “İrana qarşı bir çox sanksiya, təhdid və təzyiqlər bizi dayandıra bilmədi və bilməyəcək. Nüvə sahəsində alimlərin sui-qəsdləri və nüvə obyektlərimizə qarşı təxribat İranın qarşısını ala bilmədi”, - deyə İran prezidenti qeyd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bildirib ki, nüvə proqramının gələcəyi ilə bağlı danışıqlarda irəliləyiş əldə etmək üçün ABŞ prezidenti Co Bayden İrana qarşı sanksiyaların bir qismini ləğv etməlidir. Onu sözlərinə görə, effektiv danışıqlar prosesini bərpa etmək üçün prezident Bayden sanksiyaların ləğvi ilə bağlı fərman imzalamaqla xoşməramlı jest göstərməlidir.
Ümumiyyətlə, indiki şəraitdə ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, Co Bayden hakimiyyətə gələndən sonra ABŞ-ın İrana qarşı siyasəti müəyyən qədər dəyişməyə başlayıb, mövcud problemə münasibətdə daha liberal yanaşma ortaya qoyuldu. Onun sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə ABŞ nüvə razılaşmasından birtərəfli qaydada geri çəkilmişdi: “Tramp administrasiyası mövqeyini belə əsaslandırırdı ki, İran “altılıq” ölkələri ilə saziş imzalamasına baxmayaraq, uraniumu zənginləşdirməyə davam edir. Bu isə o deməkdir ki, İran dünya ölkələrini aldadır. C.Bayden hakimiyyətə gələndən sonra isə bu istiqamətdə yenidən danışıqlar başladı. Artıq danışıqların bir neçə raundu başa çatıb. Fikrimcə, danışıqlarda pozitiv məqamlar da var, bir sıra məsələlərdə razılıq əldə olunub. İran dövləti üzərinə yenidən öhdəlik götürüb ki, uraniumu yalnız iqtisadi məqsədlər üçün istifadə etmək həddinə qədər zənginləşdirəcək. Yəni uranın zənginləşməsi heç vaxt nüvə silahının əldə olunmasına doğru getməyəcək”.
Politoloq qeyd edib ki, bu öhdəliyin qarşılığında İran hökuməti Qərbin sanksiyalarının tədricən aradan qaldırılmasını tələb edir: “İran xarici banklarda dondurulmuş vəsaitləri üzərindən də sanksiyaların götürülməsini istəyir. Düşünürəm ki, ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda İrana yönəlmiş sanksiyaların yumşalması istiqamətində hansısa addımlar ata bilər. Yəqin ki, Qərb artıq sanksiyalar baxımından iki cəbhədə döyüşmək istəmir. Məlumdur ki, İranla Rusiyanın yaxşı münasibətləri var. Sanksiyaları götürməklə ABŞ İranı Rusiyadan qismən uzaqlaşdıra bilər. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi kontekstində İrana qarşı olan sanksiyaların yumşalması üçün tarixi şərait yaranıb. Yəqin ki, bu məqsədlə Qərb adekvat addımlar atacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

