Müstəqillik Günü ərəfəsində azadlıq sevinci...
28.04.2022 [10:04]
Növbəti əfv sərəncamı gözlənilir
Nardar BAYRAMLI
Azərbaycan dövlətinin siyasətində humanizm prinsipləri mühüm yer tutur. Bunun göstəricilərindən biri də mütəmadi olaraq əfv sərəncamlarının imzalanmasıdır. Növbəti əfv sərəncamının 28 May - Müstəqillik Günü ərəfəsində imzalanacağı gözlənilir.
Qeyd edək ki, aprelin 26-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib və yüzdən çox müraciətə baxılıb. İclasda məhkumların, onların vəkillərinin müraciətləri, eyni zamanda, Ombudsman təsisatının, QHT-lərin, deputatların məhkumlarla bağlı vəsatətləri müzakirəyə çıxarılıb. Komissiyanın iclasları davam edəcək və müraciətlərə müvafiq rəy veriləcək. Növbəti iclas isə aprelin 29-da keçiriləcək. Əfv haqqında yekun qərarı dövlət başçısı verəcək.
Milli Məclisin deputatı Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, humanizm prinsipləri dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin əfv siyasəti dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin nümunəsidir: “Dövlət başçısının bu siyasəti Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bilirsiniz ki, bu humanist ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1995-2003-cü illərdə ölkəmizdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Heydər Əliyevin təməlini qoyduğu bu ənənə hazırda davam etdirilir. Hesab edirəm ki, əfv sərəncamları təkcə məhkumlara deyil, onların hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş olunan sevincdir ki, bu da ümumilikdə minlərlə insanın xoşbəxtliyi deməkdir. Əfv siyasəti sayəsində müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbs olunan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən məhkumlar azadlığa qovuşurlar. Bu, həm də həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş çox gözəl imkan və şansdır. Bu şansın verilməsi isə Azərbaycan dövlətinin humanizm siyasətinin mahiyyətindən irəli gəlir”.
Millət vəkili qeyd edib ki, ölkəmizdə məhkəmə-hüquq sistemində, penitensiar sahədə davamlı islahatlar həyata keçirilir, cəza siyasəti humanistləşdirilir: “Prezident İlham Əliyev imzaladığı əfv sərəncamları ilə ölkəmizin insan hüquq və azadlıqlarına sadiqliyini və bu sahədə işlərin islahatlar vasitəsilə daim təkmilləşdiyini sübut edir. Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Siyasi baxışından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, törətdiyi cinayət əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkum insanlar Prezidentimizin humanizm və mərhəmətindən irəli gələn əfv sərəncamları ilə cəza çəkməkdən azad olunur. Azad olunanlar buna görə Prezident İlham Əliyevə, eyni zamanda, bu işdə səylərini, zəhmətini əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildirirlər. Dövlətimiz üzərinə düşən məsuliyyəti böyük əhəmiyyətli dövlət proqramları, qanunlarla, imzalanan Fərman və sərəncamlarla gerçəkləşdirirsə, ölkə vətəndaşları da onların icrasına öz töhfələrini verməlidir. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” fikri ilə prioritetləri açıqlayan Prezidentimiz İlham Əliyev, eyni zamanda, hər zaman bildirir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir, biri digərsiz mümkün ola bilməz. Beləliklə, əfv siyasəti də Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49

