Dünyanın aparıcı qüvvəsi kim olacaq?
29.04.2022 [10:30]
Analitiklər Qərbin hegemonluğunun başa çatacağını proqnozlaşdırırlar
Pərviz SADAYOĞLU
Ekspertlər tez-tez bir məqamı diqqətə çatdırırlar: geosiyasi qütblərarası savaş yaxın 20 ildə dünyanın yeni düzənini formalaşdıracaq. İstər Asiyada, istərsə də Avropada baş verən proseslər qarşıdakı mərhələdə yeni siyasi-iqtisadi münasibətlərin meydana çıxmasını, o cümlədən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bununla bağlı Qərb mətbuatı da “həyəcan siqnalı” verir.
“The Washington Post”un köşə yazarı Henri Olsenin fikrincə, Qərb ölkələrinin ikiyüzillik hegemonluğu 2040-cı ilə qədər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının böyüməsi hesabına başa çatacaq. Müəllif hesab edir ki, ABŞ, Avropa İttifaqı və onların Asiyadakı müttəfiqlərinin üstünlüyü iqtisadi gücə əsaslanırdı. 2000-ci ildə hazırda Moskvaya qarşı sanksiyalar tətbiq edən dövlətlər - Avropa İttifaqı və əksər NATO ölkələri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Tayvan, İsveçrə və Sinqapur - dünya ÜDM-in 79,4%-ni istehsal ediblər. 2020-ci ilə qədər bu rəqəm 60,4%-ə düşüb.
2040-cı ildə...
Amerikalı təhlilçinin fikrincə, bu, daha çox Çinin yüksəlişi ilə bağlıdır. Lakin Hindistan və digər inkişaf etməkdə olan ölkələr də Qərbdən daha sürətli böyüyüblər. Onun fikrincə, bu tendensiya davam edəcək və əgər diqqət 30 ən böyük iqtisadiyyata yönəldilsə, maraqlı nəticəyə şahid olmaq mümkündür: “Beynəlxalq Valyuta Fondunun məlumatına görə, hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr iqtisadi istehsalın 64,9%-ni təşkil edir. 2027-ci ilə qədər isə bu rəqəm 58,5%-ə düşəcək. 2040-cı ilə qədər Çin və Hindistan birlikdə alıcılıq qabiliyyəti baxımından daha böyük ÜDM-ə sahib olacaq. Buna Braziliya, Meksika, İndoneziya və Türkiyə kimi digər inkişaf etməkdə olan gücləri də əlavə etsəniz, qlobal güc balansı daha da dəyişəcək. Bu hadisə Qərbin ikiyüzillik qlobal hökmranlığına son qoyacaq”.
Bumeranq effekti...
Bu gün qlobal hegemonluq və ya təkqütblü dünya uğrunda mübarizə aparan güclərin Ukraynada Rusiyanı “çökdürmək” arzusu əslində yuxarıda qeyd edilən yolun başlanğıcıdır. Xatırlayaq ki, ötən əsrin sonundan ABŞ-ın təkqütblü dünya arzusu 2000-ci illərin əvvəlindən Rusiya və Çin kimi ölkələrin dünyada siyasi-iqtisadi rollarının artması ilə təxirə düşmüşdü. Məhz bu birlik ABŞ-ın təkqütblü dünya arzusunun reallaşmasının qarşısını almışdı. Sonrakı dövrdə Moskva ilə Pekin arasında münasibətlər daha da istiləşdi. Çünki hər iki ölkə birqütblü deyil, çoxqütblü dünyanın tərəfdarıdır və ABŞ-ın dünyada artan rolundan narahatdırlar. Hətta Pekinlə Moskva arasında müəyyən problemlərin mövcudluğuna baxmayaraq, iki ölkə arasında son illərdə milyardlarla dollar dəyərində birgə müqavilələr bağlanıb, layihələrə imza atılıb. Eyni zamanda, Qərbin yaxın illərdə Rusiyaya qarşı iqtisadi sanksiyalarını daha da genişləndirəcəyi təqdirdə, Çin bazarı Moskva üçün xilas yoluna çevrilə bilər.
Digər tərəfdən, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropanı da iqtisadi böhrana sürükləyir. Nəzərə alınmalıdır ki, Rusiya ilə Aİ arasında çox böyük ticarət əlaqələri mövcuddur. Rusiya xammalından, bazarında məhrum olan Qərb özünü çətin duruma salır. Bunun əvəzində isə, həm Rusiya, həm Qərb, həm də böyük Asiya bazarına çıxış imkanları genişlənən Braziliya, Meksika, İndoneziya və Türkiyə kimi dövlətlər günü-gündən öz iqtisadiyyatlarını böyüdürlər. Nəticə etibarilə, Qərbin siyasi və hərbi iddiaları əks effekt və ya bumeranq effekti verə bilər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

