Fransanın nümayəndəsi ölkəmizə nə üçün gəlir?
30.04.2022 [10:41]
Paris Cənubi Qafqaz siyasətini yeni geosiyasi reallıqlara uyğun müəyyənləşdirir
Sadiq İSMAYILZADƏ
Fransanın Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Bris Rokfeyl gələn həftə Azərbaycana səfər edəcək. Bununla bağlı Fransa Avropa və Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Fransa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlardakı telefon söhbətini, sərhəd məsələlərinə dair ikitərəfli komissiyanı toplayaraq iki ölkə arasında sülh sazişi ilə əlaqədar danışıqlara başlamaq qərarını alqışlayır. Rəsmi Paris bundan sonra da prosesə tam dəstək verəcək.
Fransada keçirilən sonuncu prezident seçkilərinin ardından Bakıya ediləcək bu səfər nəyin ifadəsidir və nə vəd edir?
Siyasi şərhçi İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında qeyd etdi ki, son dövrlərdə Fransa ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında yeni səhifənin açılması üçün münbit şərait yaranıb. Onun fikrincə, 44 günlük müharibədən sonra regionda yaranan yeni geosiyasi reallıqları artıq Fransa da qəbul edir və əməkdaşlığın bu reallıqlar əsasında qurulmasında maraqlıdır: “Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları var. Eləcə də işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələr icra etmək mümkündür”.
İ.Hüseynov xatırladıb ki, Azərbaycan öz gücü, qüdrəti hesabına torpaqlarını işğaldan azad etdi. “Fransa hazırda Avropa İttifaqına sədrliyi həyata keçirir. Fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa prezidenti Makronun, Aİ İttifaqının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Paşinyanın iştirakı ilə onlayn formatda görüş keçirildi. Bu görüşə Makron Aİ-nin sədrliyini həyata keçirən dövlətin başçısı kimi qatılmışdı. Nəzərə alınmalıdır ki, son dövrlərdə Aİ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik missiyası həyata keçirir və müəyyən müsbət məqamlar da ortaya çıxıb. Bu mənada, artıq Prezident Makron da Cənubi Qafqaz siyasətində müəyyən korrektələr etməlidir. Azərbaycan regionun aparıcı qüvvəsi - lideridir. Siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya sahələrində Azərbaycanla əməkdaşlıq etmək cəlbedici və əhəmiyyətlidir. Fransa Cənubi Qafqaza münasibətdə kənar təsirlərdən çıxmalı, qarşılıqlı faydalılıq və bərabərhüquqluq prinsiplərini əsas götürməlidir. Bu, mühüm siyasi - iqtisadi dividendlər vəd edir. Çünki Azərbaycan həm də Aİ-nin əsas ticarət tərəfdaşlarından biridir, ticarət dövriyyəmiz ildən-ilə artır. Eyni zamanda, Avropanın Azərbaycanın karbohidrogen ehtiyatlarına olan tələbatını görürük. Aİ-nin enerji təhlükəsizliyində fəal rol oynayan Azərbaycanla əməkdaşlığın dərinləşməsi ikitərəfli münasibətlərə müsbət təsir göstərir. Ona görə də Paris regiona münasibətini yeni geosiyasi reallıqlar əsasında formalaşdırır”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

