YAP-a üzv qəbul edilmiş nazirlik əməkdaşlarına vəsiqələr təqdim olunub
10.05.2022 [18:55]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul edilmiş nazirlik əməkdaşlarına Partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas, Makedoniya Türk Demokratik Partiyasının sədr müavini, həmin ölkənin əmək və sosial siyasət nazirinin müavini Ənvər Hüseyn və başqaları iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycanda iqtisadi inkişafı, sosial rifah halının ildən-ilə yüksəlməsini təmin etdiyini diqqətə çatdırıb. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin uzunmüddətli inkişaf yoluna çıxarılması istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edib.
Nazir ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, vətəndaş rifahına təminat yaradan sosial inkişaf strategiyasının nailiyyətlərini qeyd edib. Ulu Öndərin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycanın sürətli tərəqqiyə, sosial sahədə mühüm uğurlar qazandığını vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən nazir bildirib ki, YAP sıralarına qoşulanların sayının daim artması partiyaya olan böyük inam və etimadın təzahürüdür. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemi üzrə daha 900 əməkdaş YAP-a üzv olub. Nazirlik sistemi üzrə YAP üzvü olan əməkdaşların sayı 4000-ə qədərdir.
Sonra çıxış edən Tahir Budaqov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin, əbədiyaşar ideyalarının əvəzsiz tarixi rolunu vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin daha uca, yeni zirvələrə yüksəldiyini, böyük qələbələrə imza atdığını qeyd edib.
Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas Azərbaycanda səfərdə olmaqdan, ölkəmizdəki davamlı inkişafı görməkdən məmnun olduğunu qeyd edib.
Tədbirdə nazirlik sistemində çalışan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib. Partiyaya üzv qəbul edilən əməkdaşlar YAP-ın prinsiplərinə uyğun olaraq fəaliyyətlərində azərbaycançılıq, dövlətə sədaqət prinsiplərini daim uca tutacaqlarını vurğulayıblar.
Ümumilikdə daha 90 əməkdaşa partiyanın üzvlük vəsiqələri verilib.
Tədbir iştirakçıları DOST Agentliyi və 1 saylı DOST Mərkəzinin fəaliyyəti, əhaliyə göstərilən DOST xidmətləri ilə də yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxSosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22

