Gündəlik qəzetlərdən hansının dizaynı daha çox bəyənilir?
29.10.2010 [09:12]
Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi (PJB) Azərbaycanda nəşr olunan gündəlik qəzetlərin dizaynına dair sorğu keçirib. “Modern.az” saytında keçirilən sorğuda internet istifadəçiləri “Azərbaycanda çıxan hansı gündəlik qəzetlərin dizaynı xoşunuza gəlir” sualına cavab veriblər.
Sorğuda respondentlərə 15 qəzet arasında seçim aparmaq imkanı verilib. Bir aydan artıqdır davam edən sorğunun nəticələrinə görə, oxucuların nisbətən çox hissəsi “Yeni Azərbaycan” qəzetinin tərtibatını bəyənib. Belə ki qəzetimizə sorğu iştirakçılarının təxminən 19 faizi səs verib. Bundan sonra “Yeni Müsavat”ın adı daha çox qeyd edilib - 16,9 faiz. “Azərbaycan” qəzetinə 6,3 faiz, “525-ci qəzet”ə isə 6 faiz respondent səs verib. Yerdə qalan qəzetlər 3-4 faiz səs toplayıblar. Müəyyən qrup respondent təqdim olunan 15 qəzetdən heç birini deyil, “başqa qəzetlər” cavab variantını seçiblər. Bu kateqoriyada 14 faiz respondent səs versə də, konkret qəzet adı çəkən olmayıb.
Qeyd edək ki, bu sorğu Parlement (Tərəfsiz) Jurnalistlər Birliyinin icra etdiyi “Qəzetlərin tərtibatında Türkiyə təcrübəsinin tətbiqi” layihəsi çərçivəsində aparılır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan bu layihəyə görə, PJB həm də eyni mövzu ilə bağlı qəzet redaktorları, KİV nümayəndələri, media üzrə ekspertlər, həm də sıravi oxucular arasında geniş sorğu keçirir. Burada qəzet dizaynının oxucular üçün önəmi, tərtibatın materialların daha yaxşı qavranmasına təsiri, dizaynın qəzetin satılmasına təsiri barədə suallar yer alıb.
Məlumat üçün bildirək ki, Türkiyə Mətbuat Yayımı və İnformasiya genel müdirliyi PJB-yə “Anadolu mətbuatının yeni üzü- yerli mətbuatda tərtibat” adlı kitabça və CD-lər göndərib. Oktyabrın 30-da bu kitabça və CD-ni hazırlayan şəxslər PJB-nin qonağı olacaq. PJB sədri Elşad Eyvazlının sözlərinə görə, bu ilin sonunadək həmin kitabça Azərbaycan dilinə tərcumə edilərək çap olunacaq. Kitabçalarla yanaşı, CD-lər də çoxaldılacaq və onların hər nüsxəsi yerli redaksiyalara hədiyyə ediləcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

